beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Suriyanın işğalı (1260)

1260-cı ildə monqol ordusu regionda olan xristian vassalları - Hetumun rəhbərliyində olan Kilikiya erməni çarlığının ordusu və Antakyalı VI Bohemondunun frankları ilə birləşdilər. Birləşmiş qüvvələr Əyyubilər sülaləsiin mülkü olan müsəlman Suriyasını işğal etdilər. Onlar Aleppo şəhərini aldılar və 1 mart 1260-cı ildə xristian general Kit Buğanın rəhbərliyi altında Dəməşqi aldılar.[7][8][9]Xristian messası Umayyad məscidində keçirildi və bir çox məscidlər murdarlandı. Bir çox tarixi mənbələr üç xristian lideri - Hetum, Bohemond və Kit Buğanı qələbə zamanı birlikdə şəhərə daxil olan şəkildə təsvir edir,[9][10] ancaq David Morqan kimi bir neçə məşhur tarixçilər bu hekayəni məşhur uydurma hesab edir.[11]

İşğal effektiv şəkildə Levant, Misir və Ərəbistan yarımadasının güclü dövləti - Əyyubiləri məhv etdi. 1260-cı ildə axırıncı Əyyubilər hökmdarı Ən-Nasir Yusif Hülaku tərəfindən öldürüldü.[12] Bağdad süqut edəndən və Dəməşq zəifləyəndən sonra İslam gücünün mərkəzi Qahirədəki Misir Məmlüklərinə keçdi.

Hülaku xan Məmlüklərlə döyüşmək üçün Fələstindən Qahirəyə tərəf cənuba davam etmək niyyətində idi. O, Qahirədəki Məmlük sultanı Qutuza hədələyici məktub yazdı. O, tələb etdi ki, Qutuz Qahirənin qapılarını açsın, yoxsa, o, Bağdad kimi dağıdıla bilər. Bu zaman Münge xan Hülakunu varisi və potensial Böyük Xan kimi yeni xan seçilməsi üçün Monqolustana geri çağıraraq öldü. Hülaku Nestorian xristianı general Nayman Kitbuqa noyonun rəhbərliyi altında iki tüməni (20 min əsgəri) ərazidə qoyaraq getdi. Hülakunun gedişini xəbər alan Qutuz cəldliklə böyük bir ordu qurdu və Fələstini işğal etdi. Qutuz monqolların Dəməşqi işğal etməsindən, Bağdadın talanından və Bilad al-Şamın asılı vəziyyətə salınmasından sonra İslamı müdafiə etmək istəyən Baybarsla ittifaq qurdu.

Monqollar səlibçi Yerusəlim krallığı ilə Franko-monqol ittifaqı formalaşdırmağa çalışdılar. Ancaq Papa IV Aleksandr bunu qadağan etdi. Sidonun Yulianı Kitbuqanın nəvələrindən birinin ölümü ilə nəticələnən hadisəyə səbəb olanda franklar və monqollar arasındakı gərginlik daha da artdı. Əsəbiləşən Kitbuqa Sidonu talan etdi. Akranın baronları monqollara qarşı hərbi yardım axtarırdı. Məmlüklərin frankların ənənəvi düşməni olmasına baxmayaraq, Akranın baronları monqolları daha yaxın təhlükə olaraq tanıdı. Səlibçilər tərəf tutmaq yerinə iki qüvvə arasında neytrallıq mövqeyi tutdu. Ancaq məmlüklər hər hansı qeyri-adi vəziyyətdə hücum etmədən səlibçilərin ərazilərindən şimala yürüş edə və hətta yenidən təchiz olunmaq üçün Akra yaxınlığında düşərgə qura bilərdilər.


Tarix: 08.01.2015 / 01:45 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Hülaku xan