beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşləyən hamilə xanımlara xüsusi geyimlər

Bir çox ana olmağa hazırlaşan xanımlar geyim seçimində çətinlik çəkir. Əgər onlar eyni zamanda çalışırsa bu problem özünü daha qabarıq şəklində göstərir.

Bədən quruluşları sürətlə dəyişən hamilələr 9 ayı 1 neçə il bundan qabağa qədər yalnız 1 paltar geyinərək keçirirdilər. İşgüzar xanımlar isə onlara çox da uyğun olmayan bu geyimləri sadəcə məcbur olduqları üçün geyinirdilər.

Ilk hamilə geyim kolleksiyaları Amerikada 1911-ci ildə hazırlanıb. Daha sonra isə məhz ana namizədləri üçün xüsusi geyim markaları, brendləri yarandı. Dorothy Perkins, Mama Of Benetton, Be Chic, Mama Dona, Premaman… və s. belələrindədir.

Həm rahat, həm də dəb trendlərini izləyən bu kolleksiyaları müasir həyatın ehtiyaclarına cavab verən dizaynerlər hazırlayırlar.

Şalvar və ətəklərin bel hissəsinin ölçüsünün dəyişən olması bu paltarlardan 9 ay müddətində istifadə olunmasına şərait yaradır. Eyni zamanda yumşaq və müasir dizaynlara uyğun köynəklərlə də hamiləlik dövründə daha da zərif görünmək mümkündür.

Əgər hamilə xanım işlədiyi üçün yalnız klassik geyimdə olmaldırsa bu problem deyil. Baxmayaraq ki, hamilələr üçün geyim brendləri fəaliyyət göstərir, ana olmağa hazırlaşanlar geyim seçimdə çətinlik çəkirlər.

Klassik geyinmək istəyən hamilələr qarın hissəsi geniş olan pencəklər və köynəklərə müraciət edə bilərlər. Ağ pambıq köynəklər, geniş qollu bluzalar hamilə xanımların hərəkətinə mane olmaz. Rəng seçimi isə dəbə uyğun olaraq seçilə bilər.

Həkimlər qeyd edirlər ki, ana olmağa hazırlaşan xanımlar geyim seçərkən daha çox onun parçasına diqqət yetirməlidirlər. Belə ki, pambıq və yumşaq parçalardan hazırlanmış geyimlər elə onlar üçündür.


Tarix: 26.12.2012 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 321 Bölmə: Geyim/Moda/Deb