beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədən tipinə görə ətək seçimi necə olmalıdır?

Bədən formasına görə düzgün şalvar seçimi kimi ətək seçimi də olduqca vacibdir, bu çox diqqət tələb edir. Düzgün seçilmiş geyim bədəni daha gözəl və cazibədar göstərir.

Nisbətən böyük sinəyə malik xanımlar qələm formasında, dizə qədər olan ətəklərə müraciət edə bilərlər. Bu əsil onlar üçündür.

Geniş ombaya sahib xanımlar isə nisbətən enli qələm ətəklər yaxud da A formasında olanları geyinməlidirlər. Köynəyinizi ətəyin içinə qoyub kəmər taxaraq bədən formanıza xüsusi gözəllik qata bilərsiniz.

Minyon tipə aid qızlarımız mini ətəklər geysələr, bu onlara daha çox yaraşar. Ayaqlarına baxımlılıq qatar.

Kişilərə xas bir formanız varsa modelyerlər sizə də təklif verməyi unutmayıblar. Belə ki, qarşıdakı mövsümdə yanlarda böyük cibləri olan modellərdən seçim edə bilərsiniz. Bununla yanaşı enli kəmər də köməyinizə gələr.


Tarix: 26.12.2012 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Geyim/Moda/Deb