beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qış mövsümünün dəbi

Bu qış mövsümündə müxtəlif materialdan olan parçalar biri-birini tamamlayacaq. Ipək, dəri, kürk və s.

Payız-qış mövsümü üçün geyim seçərkən yapışan parçalardan uzaq durun. Parçalar artıq çəkini gizlətmək üçün ən yaxşı vasitədir. Keyfiyyətsiz, tez köhnələn parçaların əvəzinə keyfiyyətli olanları seçin. Yüngül, yumşaq parçalar isə ideal seçimdir.

Şalvar – köynək dəsti kilolu xanımlar üçün ən yaxşı seçimdir. Xüsusilə də uzun pencəklər daha incə göstərəcək. Şalvar nə çox dar, nə də çox geniş olmalıdır. Dar şalvarlar bədəninizin hər xəttini nəzərə çarpacaq edəcəksə, enli şalvarlar isə sizi daha dolu gösətərə bilər.

Bu il demək olar ki, mini ətəklər artıq tarixə qovuşub, midi ətəklər isə yeni mövsümün ən zərif, ən eleqant geyimləri hesab olunur. Qara midi ətəklərlə qış mövsümünü başa vura bilərsiniz desək, yanılmarıq.

Qırmızı, bənövşəyi, yaşıl, tünd qırmızı, sarı, göy mavisi mövsümün ən dəbli rəngləridir. Üstəlik, bu rənglər olduqca yaxşı kombinə olunur.
Canlı rəngləri şalvar ya ətəklərdə deyil, bluz, pencək kimi geyimlərdə istifadə edin.


Tarix: 26.12.2012 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 400 Bölmə: Geyim/Moda/Deb