beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir Şahzadələrin Üslubu

İspaniya şahzadəsi Letizianın həyatı nağıla bənzəyir. Sıradan bir ailədə dünyaya göz açan bu qızcığaz nə vaxtsa İspaniyanın şahzadəsi olacağını ağlına belə gətirmirdi.

2004-cü il Letizianın həyatında dönüş ili oldu. Televiziya jurnalisti olan 32 yaşlı Litizia İspaniya şahzadəsi Felipə ərə getdi. Amma bu romantik cütlük ailə qurmamışdan əvvəl də diqqət mərkəzində idi. Kraliça Sofiyanın bu evliliyə qarşı çıxdığını hamı bilirdi. Amma Felipe sevgilisinə görə taxt-tacdan və varislikdən belə imtina etməyə hazır olduğunu bəyan edəndən sonra onların arasındakı məhəbbətin


gücünə hamı inandı. Və Letizia ilə Felipetıifi ailə qurmasından sonra kral ailələrindən olan oğlanların sadə qızlarla evlənməsi dəb halını aldı.

İndi şahzadə Letizianırı ailə həyatı ilə yanaşı, qarderobu da hər zaman mətbuatın diqqət mərkəzindədir. Letizia heç vaxt Karla Bruni və Misel Obama kimi tabloidlərin səhifələrinə düşməyə can atmır. Bununla belə, ən dəbli və zövqlə geyinən birinci xanımların sırasında Misel Obama və Keyt Middeltonla yanaşı yer tutur. Letizianı “FaAhion Plate” adlandıran jurnalistlər və fotoqraflar onun üslubunu “Sadə, eleqant və şık” hesab etməklə yanaşı, şahzadəyə həm də “Master of Mix” titulunu veriblər. Çünki Letizia lüks brendləri digər markalarla məharətlə uyğunlaşdırmağı bacarır. Rəsmi mərasimlərin birində şahzadənin Mango donunu Arman Basi ayaqqabıları ilə uyğunlaşdıraraq yaratdığı obraz bir çox fashion bloqqerlərin müsbət rəyini qazandı.

Onun ziyafət geyimləri həmişə sadə, eleqant və lakonikdir. Klassik üslubu daha çox sevir və hər zaman ispan dizaynerlərinin geyimlərinə üstünlük verir. Ən sevimli dizaynerləri isə Josep Font, Lydia Delgado, Varela, Arman Basi, Miriam Ocarizdir.

Şahzadənin midi donlara və kostyumlara rəğbəti bu geyimləri ən aktual trendə çevirib. Aksessuarlardan isə hündürdaban ayaqqabıları , piton dərisindən çantaları və rəngli şərfləri qeyd etməkolar. Yayda Roma Papasının İspaniyaya səfəri zamanı Letizianın geyindiyi bir qədər qısa ətək qalmaqallara səbəb oldu. Bu-nunla belə, çoxları şahzadənin bu geyimini bəyəndiklərini də etiraf etdilər. Şahzadə Letizia ilə Felipenin məhəbbət macərasını ekranlaşdırmaq qərarına gələn İspaniyanın Telecinco kanalı 2010-CU ildə “Felipe y Letizia, una historia de amor” adlı serialın çəkilişlərinə başlayıb.


Tarix: 26.12.2012 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 527 Bölmə: Geyim/Moda/Deb