Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəmiqaya petroqlifləri Təsvirlər və onların interpretasiyası

Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Heyvan rəsmləri tək, qrup halında və astral işarələrlə birgə təsvir edilmişdir. Bu təsvirlər arasında heyvanların mübarizəsi səhnəsi xüsusilə diqqətəlayiqdir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. Astral rəsmlər Günəş, Ay, Venera və digər Göy cisimlərini simvolizə edir. Bu təsvirlər Naxçıvanda məskunlaşan əkinçi - maldar tayvaların inancları ilə bağlıdır. Tədqiqatlar Veneranı simvolizə edən rəsmlərin ekizlik kultu ilə bağlı olduğunu göstərir.[10]

İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov və rəqs səhnələri diqqəti cəlb edir.

Gəmiqaya təsvirlərinin öyrənilməsi Naxçıvanın qədim sakinləri ilə türk xalqlarının ideologiyası arasında geneti bağlılıq olduğunu təsdiq edir.[11] Bu təsvirlərdə yerli əhalinin qədim inancları əks olunmuşdur. Bu inanclara görə Tanrılar, xeyirxah qüvvələr Göydə, O biri dünya insanların yaşadığı dünyanın altında, yaxud onların ətrafındadır.[4] Bir-birinə qarşı qoyulan bu dünya və obiri dünyadakı proseslər qarşılıqlı əlaqədədir. Ölüm həyatın dəyişilməz şərti, canlıların daimi intibahının və təzələnməsinin rəhnidir. Göyün, Yerin və O biri dünyanın sahibi mifoloji obrazlarla verilmişdir. Bu varlıqlarla əlaqə yaradılması, dua edilməsi, qurban kəsilməsi və digər ayinlərin icra edilməsi həyatdakı uğurlarının əsas təminatıdır.


Tarix: 08.01.2015 / 01:30 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Gəmiqaya petroqlifləri
loading...