Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Gəmiqaya petroqlifləriGəmiqaya petroqlifləri

Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968 – ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə” 26 aprel, 2001 – ci il tarixli sərəncan qəbul etmişdir.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya - Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay Ardı »

Gəmiqaya petroqlifləriGəmiqaya petroqlifləri Tarixi

Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir. Həmin sərəncamdan sonra 2001-2005-ci illərdə Gəmiqayada arxeoloji ekspedisiyaların fəaliyyəti canlanmış, hərtərəfli tədqiqatlar aparılmağa başlanılmış, müxtəlif təsvirlər aşkar edilmişdir.

Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5–12 m olub, iri və orta həcmli qaya parçalarından qurulmuşdur) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar Ardı »

Gəmiqaya petroqlifləriGəmiqaya petroqlifləri Tədqiqi

Gəmiqaya rəsmləri 1968 – ci ildən tədqiq edilməkdədir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan, eyni zamanda Gəmiqaya abidələri ilə həmdövr olan digər Yaxşın Şərq abidələrində də müşahidə olunan dairəvi planlı yurd yerləri və qayaüstü rəsmlər aşkara çıxarılmışdır. Yaşayış yerlərində tikililərin divarlarının diametri 5 – 12 m olub, iri və orta həcmli qaya parçalarndan qurulmuşdur. Gəmiqaya yaşayış yerindən aşkarlanmış qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, maral, öküz, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək – tək, qoşa və sürü halına təsvir olunmuşdur. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, Ardı »

Gəmiqaya petroqlifləriGəmiqaya petroqlifləri Təsvirlər və onların interpretasiyası

Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Heyvan rəsmləri tək, qrup halında və astral işarələrlə birgə təsvir edilmişdir. Bu təsvirlər arasında heyvanların mübarizəsi səhnəsi xüsusilə diqqətəlayiqdir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. Astral rəsmlər Günəş, Ay, Venera və digər Göy cisimlərini simvolizə edir. Bu təsvirlər Naxçıvanda məskunlaşan əkinçi - maldar tayvaların inancları ilə bağlıdır. Tədqiqatlar Veneranı simvolizə edən rəsmlərin ekizlik kultu ilə bağlı olduğunu göstərir.[10]

İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların Ardı »