beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilinizi hansı hədiyyə təəccübləndirə bilər?

Sevgililər günü yaxınlaşdıqca həm kişilər, həm də qadınlar arasında “Görəsən nə alım?”, “Bunu alsam, bəyənərmi?” kimi düşüncələr artır.
Bu problemin sizi də narahat etdiyini bilirik. Buna görə də bu dəfə sizə sevgililər günündə qarşı tərəfin zövqünə uyğun olan hədiyyələr barədə sizə məlumat verməyə çalışacağıq. Əminik ki, aşağıdakı məsləhətləri nəzərdən keçirib onlara əməl etsəniz, seçdiyiniz hədiyyə mütləq onun xoşuna gələcək.

Sevgilinizin stilinə və maraq dairəsinə uyğun olan hədiyyə alın və ya hazırlayın. Bunun üçün isə onun nələri sevdiyini bilməlisiniz. Bilmirsinizsə, sevgilinizlə daha çox vaxt keçirin. Biryerdə keçirdiyiniz vaxt zamanı onun nələri xoşladığına fikir verin. Məsələn, hansı kinoları, yeməkləri, hansı rəngi və musiqini sevdiyini bilmək çox vacibdir. Bu biliklər onun zövqü haqqında sizdə ümumi bir fikir formalaşdıracaq və hədiyyə seçimində sizə kömək edəcək.

Bütün bunlarla yanaşı onun nə tip insan olması da hədiyyə seçimində çox vacib rol oynayır. Məsələn, o, brendlərə, bahalı əşyalara əhəmiyyət verən, yoxsa daha dəlisov, ayaqyalın otluqda qaçmağı xoşlayan biridir? Bəlkə o, vaxtının çoxunu evdə keçirir və ən sevdiyi məşğuliyyət yemək bişirməkdir? Özünüzə bu tip suallar verin və cavablarınızı hədiyyə ilə əlaqələndirin.

Boş vaxtında nə işlə məşğul olmağına, hobbilərinə və maraqlarına fikir verin. Onun kariyerası ilə bağlı bir hədiyyə etsəniz, əmin olun ki, bu onun üçün çox xoş olacaq, çünki bu hədiyyə onun gələcəyi haqqında düşündüyünüz və uğurlu insan olmasını istədiyinizdən xəbər verir.

Onun həyatını daha da asanlaşdıra biləcək bir şey haqqında düşünün. Ola bilsin ki, onun nəyəsə ehtiyacı var. Məsələn, bəlkə onun MP3 player-i itib və bu onun üçün çox dəyərli idi, yaxud da bəlkə onun kofe düzəldən aparata ehtiyacı var?

Qızlar çox vaxt söhbət arası istədikləri hər hansı bir şey haqqında eyham vururlar. Buna görə də ona qulaq asmış kimi etməyin, qulaq asın ki, o eyhamları tutub, öz xeyrinizə istifadə edə biləsiniz.

Onun hədiyyəsini öz əllərinizlə hazırlayın. Bu vaxt sadəcə olaraq fantaziyanızı işə salmağınız kifayətdir. Əmin olun ki, əllərinizlə hazırladığınız hədiyyə nə olur olsun, bu onu çox sevindirəcək. Bu adi muncuq qolbaq və ya boyunbağı ola bilər.

Ona xüsusi bir hədiyyə verin. Elə bir şey ki, ondan dünyada başqa heç bir qadında yoxdur. Məsələn, özünüz çəkdiyiniz şəkil və ya ən çox sevdiyiniz köynəyiniz və s.

Yalnız ikinizin arasında olan zarafat və ya yalnız ikinizin başına gəlmiş maraqlı bir hadisə haqqında fikirləşin. Biryerdə yaşadığınız bu anı hədiyyənizdə əks etdirməyə çalışın. Məsələn, bir gün biryerdə gəzərkən gördüyü o qızıl güldən bir dəstə düzəldib ona hədiyyə edə bilərsiniz, ancaq məhz bu qızılgülləri o gün şəhərdə gördüyünüzü onun yadına salın.

Yaradıcı olun. Ona adi, ancaq maraqlı bir şey hədiyyə edin. Ona bir dəstə çiçək və ya ən çox sevdiyi musiqiçinin CD-sini alın və qapısının önünə qoyub gedin. Yanında “sənin haqqında düşünürəm” tipli bir not buraxmağı unutmayın. Qızgülləri sevməsə belə, sizin onun haqqında düşündüyünüzü bilmək sevgilinizin çox xoşuna gələcək.

Başqa insanlardan kömək istəməkdən çəkinməyin. Onun yaxınları ilə hədiyyə ideyası haqqında məsləhətləşin, çünki çox güman onlar sevgiliniz haqqında sizdən daha çox şey bilirlər .

Uğurlar!


Tarix: 06.01.2015 / 18:47 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Gəl, tanış olaq