beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər özlərinə bənzəyən qadın axtarırlar

Montpellier Təkamül Elmləri İnstitutunda elm adamlarının apardığı bir araşdırma maraqlı nəticələr ortaya çıxarıb. Araşdırma nəticəsində məlum olub ki, kişilər evlənəcəkləri namizədi seçərkən daha çox həmin insanın xarici görünüşünün onlara nə dərcədə bənzədiyinə fikir veririlər. Bu zaman əsas göstərici qadının saç və göz rənginin kişi ilə nə dərəcədə uyğunlaşmasıdır.
Elm adamları 100 nəfərə yaxın kişi üzərində təcrübə keçiriblər. Təcrübədə iştirak edənlərə 20 qadın şəkli təqdim edilib və onlardan hansını daha cazibədar hesab etdikləri soruşulub. Montaj proqramlarında istifadə edilərək qadınlardan birinin üz qruluşu həmin kişinin cizgilərinə uyğunlaşdırılıb. Sonda sorğuda iştirak edən kişilər 97%-nə özlərinə oxşayan (məhz həmin şəkildəki) qadının digərləri ilə müqayisədə daha çəkici olduğunu bildiriblər.
Polos One jurnalında yayımlanan digər bir məqalə isə tərəf müqabili seçimində qadınların da kişilər kimi davrandığı, yəni daha çox xarici görünüş baxımından özlərinə bənzəyən kişilərə üstünlük verdiyi faktını üzə çıxarıb. Bu araşdırmanı həyata keçirən Jeanne Bovet həm də digər bir maraqlı fikirlə çıxış edi. O bildirib ki, əksər insanların evlənəcəkləri namizədləri öz yaxın çevrələri, qohumları arasından seçməsinin əsas səbəbi məhz onların xarici görünüş baxımından oxşar olmalarıdır.


Tarix: 06.01.2015 / 18:38 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Gəl, tanış olaq