beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin inanılmaz qorxuları

Qadınlar bunu açıq-aşkar söyləməkdən çəkinsələr də, əslində özləri də kişilərin istər fiziki, istərsə də əqli cəhətdən onlardan daha güclü olduğunu bilirlər. Çünki kişilər qadınlar kimi qorxularını, zəif nöqtələrini etiraf etmirlər. Onlar bu zəifliklərini özləri üçün qəbul edir və əllərində olan beütün imkanla ona qalib gəlməyə çalşılırlar. Yəni, kişilərin güclü görünmələri heç də onların qorxusuz olması anlamına gəlmir. Bəs kişilər arasında ən çox yayılan fobiyalar hansılardır? Sizə də maraqlıdırsa, məqaləmizin ardını mütləq oxuyun.

1. Qadına bağlanmaq
Qadınlardan fərqli olaraq kişilər üçün sevdiyi insana bağlanmaq, gələcəklə bağlı bütün xəyallarını onunla əlaqələndirmək heç də xoşbəxtlik deyil. Ümumiyyətlə, kişilərin bağlanmaqdan zəhləsi gedir. Bu sırada qadın, ailə birincilik etsə də, amma onlar üçün yaşadığı şəhərə, ev heyvanına, dosta bağlanmaq da bu qorxular sırasındadır.

2. Seksdən qorxmaq
Kişilər qadınlar qədər olmasa da, seksdən qorxurlar. Amma bu mənada qadınla kişinin qorxusu fərqlidir. Kişilər daha çox seks əvvəli tərəf müqabilini razı sala bilməməkdən qorxur. Bu da onlara seks öncəsi psixoloji təzyiq edir.

3. Sevgilimin sevgilisi
Kişilər üçün ən qorxulu məqamlardan biri də sevdiyi qadının onu başqa bir kişiyə dəyişmə ehtimalıdır. Buna görə də kişilər dostları da daxil olmaqla bütün həmcinslərini rəqibləri kimi görürlər.

4. Tək qalmaq
Kişilər qadınlarla müqayisədə daha gec evlənirlər. Buna görə də əksər insanlarda belə təsəvvür yaranıb ki, kişilər tənhalığı sevirlər. Amma buu heç də belə deyil. Kişilər subay olsalar da, onlar heç vaxt tək qalmırlar. Çünki onlar yalnız yaşamağa, təkbaşına nahar etməyə, tək gəzməyə nifrət edirlər.

5. Eyni evi paylaşma qorxusu
Kişilər evliliyin məsuliyyətini, bu zaman üzərlərinə düşəcək yükü dərk edirlər. Onlar sevdikləri qadınla evlənməyi nə qədər çox istəsələr də, evlilikdən sonra bir-birinə ayaq uydurmamaqdan, uyğunlaşmamaqdan çox qorxurlar.

6. Anam nə deyər?
Kişilərin analarına qarşı nə qədər həssas olduğunu yəqin ki, hər birimiz bilirik. Onlar üçün analarının fikri çox əhəmiyyətlidir. Buna görə də birlikdə olduqları qadınla gələcək haqqında düşünərkən mütləq onun anasına layiq gəlin olub-olmadığını da fikirləşirlər.

7. Mən qorxaq deyiləm!
Hansısa bir məslədə qorxuları olsa da, onlar bunu kiminsə bilməyini istəmirlər, hətta ən yaxın dostlarının belə. Çünki kişilər bu yolla həmcinslərinin gözündən düşməkdən qorxurlar. Onların eqoları qorxularını etiraf etməyə imkan vermir.


Tarix: 06.01.2015 / 18:37 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Gəl, tanış olaq