beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağlayanlar uzun yaşayır

Həm kişilər, həm də qadınlar haqqında hər kəs tərəfindən qəbul edilən, söylənilən bəzi ifadələr, cümlələr var. Məsələn, əsil kişi başqa qadınlarla da görüşər, qadınlar çox danışır, və.s. Bəs, görəsən bu fikirlər həqiqətə nə qədər uyğundur? Bu deyimlərin hansısa məntiqi əsası varmı? Məqaləmizdə bu mövzudakı mütəxəssis fikirlərini sizinlə paylaşmağa çalışacağıq.
Qadınlar, kişilərdən daha çox danışır.
Qadınlar haqqında söylənilən yalnış fikirlərdən biri də odur ki, onlar kişilərlə müqayisədə daha çox danışırlar. Amma bu heç də reallığı əks etdirən fakt deyil. Qadınlar gün ərzində demək olar ki, kişilərlə eyni sayda söz istifadə edirlər. Sadəcə olaraq, onlar kişilərə nisbətən daha çox deyindikləri üçün bu xüsusiyyətləri belə fikir formalaşdırıb.

Kişilər heç bir halda duyğusal olmurlar.
Qadınların kişilərdən daha duyğusal olmasını sübut edən hansısa bir ölçü vahidi yoxdur. Buna görə də kimsə əminliklə deyə bilməz ki, qadınlar duyğusaldır, kişilər isə yox. Sadəcə olaraq, kişilər qadınlara nisbətən duyğularını açıq şəkildə ifadə etmək tərəfdarı deyillər. Amma heç birimiz onların daxilində nə baş verdiyini tam olaraq deyə bilmərik.

Qadınlar daha tez depressiyaya düşürlər.
Bu fikrin yayılmasının əsas səbəbi isə zərif cinsin hansısa bir problemlə üzləşərkən həkimə, psixoloqa daha tez müraciət etməsidir. Kişilərdən fərqli olaraq qadınlar fiziki və ya zehni hansısa bir problemləri olarkən bu mövzuda daha diqqətli davranır, problemi tez həll etmək istəyirlər. Yəni, əgər onlar depressiyadadırlarsa, həkimə müraciət etdikləri halda bütün qohum, qonşunun bundan xəbər tutacağının, onlara psixi problemləri olan insan kimi baxacaqlarının heç bir əhəmiyyəti yoxdur. Əsas olan tez zamanda əvvəlki vəziyyətə qovuşmaqdır. Qısa şəkildə belə deyə bilərik – qadınlar sağlamlıqları mövzusunda daha həssasdırlar.

Kişi adam ağlamaz.
Kişilər haqqında irəli sürülən ən ağır fikirlərdən biri də budur. Hər insan üçün ona müsbət təsir edən, əhvalını qaldıran hadisələr olduğu kimi kədərli, heç də xoş olmayan məqamlar da baş verə bilər. Tibbi cəhətdən də izah olunub ki, bu zaman insanın duyğularını boğması (həm pozitiv, həm neqativ) onun orqanizminə, sağlamlığına mənfi təsir göstərir. Buna görə də kişilərin üzərinə belə ağır yük atmaq düzgün deyil. Çox kişilər kədərləndikləri zaman hisslərini sırf bu deyimə görə biruzə verməkdən çəkinirlər. Bu isə sonradan onların səhhətində xoşagəlməz xəstəliklərin yaranmasına səbəb olur.

Qadınlar hər söhbətə qarışırlar.
Sosioloqların araşdırmaları isə bunun əksini deyir. Onların fikrincə, kişilər bütün söhbətlərdə, müzakirələrdə öz fikirlərini yeritməyə, söhbət onların istəmədiyi yöndə getdiyi zaman isə onu dəyişməyə çalışırlar. Qadınlar isə söhbəti əsas məslələrə doğru yönləndirmək üçün tez-tez sual verirlər. Yəni, əziz kişilər, bu heç də bizim düşündüyümüz kimi onların gəvəzə olmasından deyil, daha siyasətcil olmalarından xəbər verir.


Tarix: 06.01.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Gəl, tanış olaq