beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların sevgisi 4 il davam edir

Qadınlar kişilərin onlara qarşı olan sevgisini müxtəlif testlər vasitəsi ilə yoxlamağı sevirlər. Evlilikdən sonra onun məni ilk günkü kimi sevməsi üçün nə etməliyəm? Ümumiyyətlə, kişi bir qadını nə qədər sevə bilər? və.s. Bu kimi sualların cavabı qadınları çox maraqlandırır və onlar kişilər haqqında yazılan müxtəlif məqalələrdə, aparılan araşdırmalarda suallarına cavab tapmağa çalışırlar. Biz isə bu dəfə kişi oxucularımızı düşünərək qadınlar haqqında bu yöndə aparılan bir araşdırmanın nəticələrini bölüşmək istəyirik.
Deməli, “Sunday Times” qadınların həyat yoldaşlarına qarşı olan sevgisinin nə qədər davam etməsi ilə maraqlanıb. Qəzetdə araşdırma yazısı ilə çıxış edən amerikalı antropoloq Prof. Dr. Helen Fisher on beş il ərzində 62 ölkədə təcrübə aparıb.
Adı çəkilən qəzetdə nəşr edilən məqaləyə əsasən, qadınların qarşı cinsə olan sevgisi dörd il davam edir. Çünki qadının aşiq olmasını təmin edən kimyəvi maddələr münasibətin dördüncü ilinə keçid zamanı tükənməyə başlayır. Dördüncü ilin sonunda isə qadın yeni bir sevgi tapmaq ümidi ilə ətrafını nəzərdən keçirir.
Yəni, əziz kişilər, bu araşdırmanın nəticəsi onu sübut edir ki, dörd ildən artıq bir qadın hələ də sizinlə olan müansibətini davam etdirirsə, deməli, əslində yeni bir sevgili tapana qədər sizi ehtiyyatda saxlamaq istəyir. Əgər sevdiyiniz insanla münasibətinizi uzun müddət davam etdirmək istəyirsinizsə, standartlardan, adi həyat tərzindən maksimum dərəcədə uzaq olun.


Tarix: 06.01.2015 / 18:34 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Gəl, tanış olaq