beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgini etiraf etmədən öncə …

Bəzən biz kişilər sevdiyimiz, bəyəndiyimiz qadınlara yaxınlaşmaqda çətinlik çəkirik. Onun bizə qarşı olan münasibətini bilmədiyimiz üçün yox cavabı almaqdan qorxuruq. Əslində bu o qədər də yalnış düşüncə sayılmaz. Sonradan xəyallarınızın puç olmağını istəmirsinizsə, həmin qadına sevgi elan etməzdən öncə ona olan rəğbətinizi bildirməyə çalışın. Əgər həmin qadın da sizə qarşı eyni münasibəti bəsləyirsə, göndərdiyiniz sətiraltı mesajları mütləq başa düşəcək. Amma bunun əksi də ola bilər. Əgər həmin qadın sizi bəyənmirsə, onun xoşuna gəlmək üçün etdiyiniz hərəkətlərin fərqində olsa da, bunları görməzdən gələcək. Olsun, yenə də heyfislənməyə dəyməz. Ən azından siz özünüzü boş yerə ümidləndirmiş olmayacaqsınız. İndi bir qadından xoşunuz gəldiyini bildirmək üçün sizə bəzi məsləhətlət vermək istəyirik/

* Deyək ki, ikiniz də eyni qonaqlıqda iştirak edirsiniz, kimsə çox maraqlı söhbət açıb. Bəyəndiyiniz qadın da daxil olmaqla hamı ona qulaq asır. Bu zman onun üzü sizə tərəf olmasa da, siz onun üzünə baxın. Bu hərəkəti bir neçə dəfə təkrarladıqdan sonra onun da oğrun-oğrun sizə baxdığını görəcəksiniz. Doğrudur, bu hələ qələbə deyil. Amma ən azından o artıq sizin varlığınızın fərqindədir.

* Əgər o siz tərəfə baxdığı zaman baxışlarını tutmusunuzsa, gözünüzü çəkməyin. Birbaşa onun gözlərinin içinə baxın. ”Gözlər qəlbin aynasıdır”. Əmin olun ki, gözləriniz ona sizin deməyiniz lazım olan hər şeyi deyəcək.

* Dost-tanışlarla bir yerə yığışdığınız zaman onunla söhbət etməyə səy göstərin.

* O söhbət edirsə, danışdıqlarının sizin üçün maraqlı olduğunu və bu fikirlərə qoşulduğunuzu mütləq deyin. Əgər onun danışdığı situasiya ilə bağlı sizin də demək istədiyiniz hansısa bir əhvalat varsa, bunu yerində qeyd edin.

* Və yaxud da bəlkə o elə bir mövzu haqqında danışır ki, sizin bu barədə məlumatınız yoxdur. Bu zaman danışdıqlarının sizə yeni nələrsə öyrətdiyini bildirin, yeni məlumata görə ona təşəkkür edin.

* Ən əsaslardan biri. İnsan sizin haqqınızda heç nə bilmirsə, bu zaman onda xoş təəssurat yaratmaq üçün gülüş çox vacibdir. Nəzakət xətrinə olan bu hərəkət, eyni zamanda sizin həmin insana qarşı xoş münasibət bəslədiyinizi göstərir.

* Əgər onda diqqətinizi çəkən hansısa bir özəllik (daxili və ya xarici) varsa, bu barədə ona kompliment yağdırmağı unutmayın.

* “Qadınlar gözləri ilə deyil, qulaqları ilə sevirlər”. Bunu ki bilirsiniz. Ona görə də ikinci və ya üçüncü görüşdə ona bu gün daha fərqli (gözəl) görsəndiyini deyin.

* Qadınların ən çox əhəmiyyət verdiyi məslələrdən biri də diqqətdir. Ona qarşı maksimum dərəcə diqqətli olun. Məsələn, keçən dəfəki buruq saçdansa, düz saçın, qırmızı rəngdənsə, göy rəngin ona daha çox yaraşdığını bildirin. Qadınlar belə incə detallara qarşı çox həssasdırlar və onlar bilirlər ki, kişilər heç də bütün qadınlara qarşı eyni dərəcədə diqqətli olmurlar.

* Ona fikir verməklə yanaşı, həm də özünüzə qarşı daha baxımlı olun. Xüsusən də onu görəcəyiniz günlərdə.

Hələlik bu qədər, əziz kişilər. Düşünürük ki, başlanğıc üçün yuxarıda sadalananlara riayət etməyiniz kifayətdir. Bütün bunlara əməl etdiyniz halda tez, ya gec qarşı tərəfdən də hansısa addımlar, işarələr görəcəksiniz.


Tarix: 06.01.2015 / 18:31 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Gəl, tanış olaq