beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların sekslə məşğul olma səbəbləri fərqlidir

ABŞ-da aparılan bir araşdırmanın nəticələrinə nəzər saldıqda belə məlum olur ki, kişilər ilə müqayisədə qadınların sekslə məşğul olmaq səbəbləri tamam fərqlidir.

Cindy Meston ve David Buss-ın birlikdə apardıqları bu araşdırmanın nəticələri “Why Women Have Sex?” kitabında yer alıb. Araşdırma nəticəsində müəlliflərin gəldiyi qənaət belə olub: “Qadınların sekslə məşğul olmasının romantika ilə heç bir əlaqəsi yoxdur”.
Adı çəkilən kitabı yazmaq üçün mütəxəssislər 10.000-dən çox qadın arasında sorğu keçiriblər. “Qadınlar niyə sekslə məğul olur?” sualının cavabı isə 2000-dən çox səbəblə izah edilib. Həmin səbəblərə nəzər yetirdikdə belə məlum olur ki, qadınlar əksər hallarda problemlərdən müvəqqəti də olsa qurtulmaq, əlavə işlə məşğul olmaq, baş ağrısından xilas olmaq istədikləri üçün intim münasibətdə olurlar.
Nə qədər qəribə səslənsə də, bu araşdırma onu göstərir ki, qadınlar kişilər kimi qarşı cinsi daha gözəl, cazibədar hesab etdikləri üçün onunla seks yaşamırlar. Sadəcə olaraq onlar müvəqqəti də olsa, problemlərindən qurtulmaq üçün seksdən istifadə edirlər.
Texas Universitetində bu mövzuda aparılan digər bir araşdırma nəticəsində də maraqlı nəticələr ortaya çıxıb. Bu sorğuda iştirak edən qadınların əksəriyyəti seksin mübahisə etməkdən, dalaşmaqdan daha maraqlı olduğunu bildiriblər. Eyni zamanda qeyd ediblər ki, onlar əksər hallarda qarşı tərəflə olan söhbətin mübahisə ilə nəticələndiyini hiss etdikləri zaman kişiləri yataq otağına aparıralar.
Sorğuda iştirak edən qadınların bir qismi isə geylərlə cinsi əlaqədə olduqlarını etiraf ediblər. Bunun səbəbini isə onların halına acımaları ilə əlaqələndiriblər.


Tarix: 06.01.2015 / 18:21 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Gəl, tanış olaq