beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri ehtiraslandıran ətirlər

Fərqli ətirlər insanlara müxtəf cür təsir göstərir. Zövqlərdən aslı olaraq ətirə yanaşma forması da dəyişir. Amma elə ətirlər, qoxular var ki, onlar əksər insanlara eyni cür təsir edir.
Demək olar ki, əksər kişilərin sevdiyi, onlara təsir edən qoxular eynidir. Bu dəfəki məqaləmizdə saytımızın xanım oxucularına qarşı tərəfi yoldan çıxaran ətirlər haqqında məlumat istəyirik.
Əziz xanımlar, buyurun sevdiyiniz insanı ələ keçirməyin ən sadə yollarından biri haqqında tanış olun.

Darçın:
Cənubi Hindistan və Şri Lankaya xas olan bu ədviyyat kişilərin ağılını başından almaqda ən təsirli qoxulardan hesab edilir. Afrodizyak tərkibli olan darçın cinsi istəyi artırır. Buna görə də qədim zamanlardan bəri bu ətirdən kişiləri ələ almaq məqsədilə istifadə edilir.

Vanil:
Əksər qadın ətirlərinin tərkibində istifadə edilən maddələrdən biri də vanildir. Bəs bunun səbəbindən xəbəriniz var? Çünki o cinsi istəyi oyandırır və kişini daha aktiv “hərəkət etməyə” vadar edir. İstər orginal halında bu bitkini yemək, istər toz halında suya qatıb içmək, istərsə, də ətrindən istifadə etmək kişilərə eyni cür təsir edir. Buna görə də qədim təbabətdə ereksiya problemi olan kişilərə vanilli içkilər hazırlayıb içmək məsləhət görülürdü.

Lavanda:
Lavandadan əsasən yumşaldıcı vasitələrin tərkibində istifadə edilir, amma çox az adam bilir ki, o eyni zamanda cinsi hormonların aktivliyini təmin edir. Tarixi məlumatlara görə, məşhur Kleopatra Mark Antoni və Sezarı öz aşiqinə çevirmək üçün məhz bu vasitədən istifadə etmişdi. Eyni zamanda qədim Misir təbabətində yeni evli qadınlar həyat yoldaşlarının ehtirasını daha da artırmaq üçün yatağın altına bir qabda lavanda qoyurdular.


Tarix: 06.01.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Gəl, tanış olaq