beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox qazanan qadın xəyanət edir

Kişilər qadınlara nisbətən iki dəfə daha çox xəyanət edirlər. Bu nəticəyə gəlmək üçün mütəxəssislər ən az bir ildir evli olan və ya sevgilisi ilə birlikdə yaşayan 1024 kişi və 1559 qadın arasında sorğu keçiriblər. Bu araşdırmanın nəticələrinə əsasən belə məlum olub ki, altı il davam edən evlilik müddətində kişilərin 40, qadınların isə 20 %- i qarşı tərəfə xəyanət edir.

Mütəxəssislərin fikrincə, evə xanımlarından daha az pul gətirən kişilər evdə göstərə bilmədikləri kişiliklərini başqa qadınların yanında sübut etməyə çalışırlar. Yəni, xanımlarından az qazanan kişilərin xəyanət etməkdə əsas səbəbi kişiliklərini sübut etməyə dair maraqlarıdır. Maraqlısı isə odur ki, bu yöndə aparılan araşdırmalar həm də onu sübüt edir ki, evə ərindən daha çox pul gətirən qadınlar da xəyanətə meyilli olurlar. Bunun səbəbi isə qadının artıq maddi baxımdan kişidən aslı olmadığını anlaması və hər yöndə bu azadlığın dadın çıxarmağa can atmasıdır. Qadınların fikrincə, əgər evə həyat yoldaşından daha çox pul gətirən kişi bu hərəkəti etməyi özünə yaraşdırırsa, qadının da bu halda xəyanət etməsi təəccüblü qarşılanmamalıdır.


Tarix: 06.01.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Gəl, tanış olaq