beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların kişilərdən gözlədikləri

Kişilər üçün qadınlara təsir etmək, onların diqqətini cəlb etmək daim maraqlı və zəhmət tələb edən iş hesab edilib. Qadınlar ilə kişilər yaradılış olaraq fərqləndikləri üçün onları maraqlandıran sahələr, diqqətlərini cəlb edən səbəblər də çox bir-birindən fərqlənir. Bu dəfəki məqaləmizdə də əvvəlki məqalələrimizin davamı olaraq sizə qadınlar haqqında bir neçə məsləhət vermək istəyirik.

Aranızdakı pərdəni qoruyun
Qadınlar hər nə qədər münasibətdə səmimiyyətin tərəfdarı olsalar da, əksər hallarda kişinin həyatlarının hər xırda detalı haqqında maraqlanmasından narahat olurlar. Çünki qadın sirrlərlə dolu varlıqdır və o ömrüboyu bu sirrlərinin yalnız çox cüzi hissəsini sizinlə bölüşür.

Səs tonuna diqqət
Yəqin ki, bu məsəli hamımız eşitmişik “Qadınlar gözləri ilə deyil, qulaqları ilə sevirlər”. Burada isə təkcə söhbət ona deyəcəyiniz xoş sözlərdən, komplimentlərdən getmir. Qadınlar üçün həm də bu sözləri necə, hansı səs tonuyla söyləyəcəyiniz də əhəmiyyətlidir. Ondan hər təklifinizə müsbət cavab eşitmək istəyirsinizsə, səs tonunuza diqqət yetirin. Yəni, onunla daha incə, daha yumuşaq danışmağa çalışın.

Əlin ayağına dolaşmasın
Görüş zamanı kişi nə qədər çox həyəcanlı olarsa, bu qadının da özünü bir o qədər narahat hiss etməsinə səbəb olar. Buna görə də həm oun üçün, həm də özünüz üçün görüşünüzün yaddaqalan keçməsini istəyirsinizsə, maksimum dərəcədə rahat olmağa çalışın.

Onun haqqında hər incə detala fikir ver
Qadınların sizdən gözlədikləri çoxdur. Bunlardan ən başlıcası isə onun sözlərinə diqqətlə qulaq asmağınızdır. Yalnız bu halda siz qadının nə demək istədiyini başa düşə bilərsiniz. Çünki qadın öz sözləri ilə birbaşa olmasa da, dolayı yolla sizə öz istəklərindən danışacaq. Onun danışdıqlarından hər incə detalı yadda saxlayıb gələcəkdə bunu ona xatırlatsanız, qarşı tərəfin gözündəki dəyərinizi daha da artırarsınız.

Göz təmasına fikir ver
Qadının diqqətini cəlb etməyin yollarından biri də diqqətcil baxışlardır. Heç bir qadın ona qarşı yönələn bu diqqətin qarşısında uzun müddət tab gətirə bilməz. Əgər bu zaman ilk olaraq siz baxışlarınızı qaçıran tərəf olsanız, qadın sizin özünüzə olan inamınıza şübhə ilə yanaşacaq.

Bədən dilindən düzgün istifadə et
Kişi nə qədər özünə güvənirsə, qadın da onun hisslərinə, sevgisinə bir o qədər çox inanır. Buna görə də hər hərəkətinizlə özünüzə olan inamınızı göstərin. Ən əsası isə yerişinizdə. Bacardığınız qədər şux, qamətli yeriyin.

Gülümsə
Gülümsəmək də sənin özünə inamından və istiqanlı olmağından xəbər verir. Əlbəttə ki, bunun da müəyyən qədəri, ölçüsü var. Çalışın ki, bu ölçünü düzgün müəyyənləşdirəsiniz.

Gördüyünüz kimi, əziz kişilər. Qadınların diqqətin çəkmək üçün əsas şərt maksimum dərəcədə incəlik və xırda siyasət işlətmək bacarığıdır


Tarix: 06.01.2015 / 18:14 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Gəl, tanış olaq