beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar ciddi münasibətdən qorxur

Kanadada aparılan bir araşdırma qadınlar və onların kişilərə münasibəti haqqında maraqlı faktlar ortaya çıxarıb. 18-40 yaşlı 1500 qadın arasında keçirilən sorğu nəticəsində məlum olub ki, qadınlar indi əvvəlki illərə nisbətən özlərinə daha çox inanırlar. Özünə inanan qadın artıq ətrafdakıların da onun fərqinə varması üçün çalışır və bu məqsədlə xüsusən də virtual məkandan geniş istifadə edir. Bunun ən kiçik nümunəsi isə artıq sosial şəbəkələrdə demək olar ki, əksər qadınların özləri haqqında məlumat və şəkil paylaşmaqdan çəkinməmələridir. Ancaq sorğu nəticələri göstərir ki, qadınlar hər nə qədər özlərinə inansalar da, yenə də onların böyük qismi ilk addımı kişinin atmasını gözləyir.

Ciddi münasibətdən qorxurlar
Sorğu nəticələrinə əsasən müasir dövrdə qadınların əksəriyyəti ciddi münasibət qurmaqdan çəkinirlər. Doğrudur, bunun səbəbi insanlara görə dəyişir, amma ən əsas səbəblər onların evlilik həyatının, ciddi münasibətin məsuliyyətindən qorxmaları və kişilərə inanmamalarıdır. Sorğuda iştirak edən qadınların 59%-i 30 yaşından tez evlənməyi düşünmədiklərini bildirib.

Zarafatcıl kişilər
Keçirilən bu sorğu belə deməyə əsas verir ki, güldürməyi bacaran kişi qadınlar üçün hələ də ən ideal tərəf müqabilidir. Qadınların 82%-i güldürən, 57%-i isə gözəl gülüşü olan kişilərə daha çox üstünlük verdiklərini bildiriblər.


Tarix: 06.01.2015 / 18:10 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Gəl, tanış olaq