beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim daha etibarlıdır?

ABŞ-da “Kişilər nə dərəcədə etibarlıdır?” mövzusunda aparılan bir araşdırmanın nəticələri kişilərin bir çoxunun ürəyincə olmayan nəticələr ortaya çıxarıb. Sözügedən araşdırma nəticəsində məlum olub ki, qadınlar kişilərlə müqayisədə yeddi dəfə daha etibarlıdır. Bu nəticəyə gəlmək üçün mütəxəssislər həyat yoldaşı xərçəng və bunabənzər bir neçə ağır xəstəlikdən əziyyət çəkən cütlüklər üzərində müşahidə aparıblar. Bu müşahidələr nəticəsində məlum olub ki, xəstəlikdən əziyyət çəkən qadın olduğu zaman evliliyin bitmə ehtimalı daha böyük olur. Belə ki, qadın xəstə olduğu zaman 22 cütlükdən 21-inin münasibətləri boşanma ilə sona çatır. Kişi ağır xəstəliyə tutulduğu zaman isə bu göstərici kəskin surətdə dəyişir. Belə ki, bu zaman 22 evlilikdən yalnız üçü boşanma ilə nəticələnir. Bu təcrübədən də göründüyü kimi kişilər qadınlara nisbətən daha etibarsızdırlar. Eyni zamanda araşdırma nəticələrində o da məlum olub ki, xəstəlik zamanı sevdiyi insandan ayrılmaq insanların səhhəttinin daha da pisləşməsinə səbəb olur. Münasibətləri boşanma ilə başa çatan xəstə qadın və kişilərin böyük hissəsi bu zaman xəstəliklə yanaşı həm də depresiya ilə mübarizə aparmağa başlayırlar və əksər hallarda bu mübarizə qələbə ilə nəticələnmir.


Tarix: 06.01.2015 / 17:58 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Gəl, tanış olaq