beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zarafat et, səni sevəcək

“Qadınlar onları güldürən kişiləri daha çox sevirlər” bu məsəli yəqin ki, hər birimiz eşitmişik. Bəs bu fikir nə dərəcədə həqiqətə uyğundur? Ümumiyyətlə, qadınların zarafatcıl kişilərə daha çox üstünlük verməsinin səbəbi nədir? Bu sualın cavabı sizə də maraqlıdırsa, məqaləmizin davamını diqqətlə oxuyun.
ABŞ-da Stanford tibb fakültəsi bu suala aydınlıq gətirmək üçün bir araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, qadınların zarafatcıl kişilərə daha çox üstünlük verməsinin səbəbi onların beyin quruluşu ilə bağlıdır. Belə ki, qadınlar hər hansısa bir zarafata kişilərdən daha fərqli, daha emosianal rekasiya verirlər.
Bu nəticəyə gəlmək üçün alimlər 6-13 yaşlı 22 qız və oğlan uşağı üzərində təcrübə keçiriblər. Təcrübə iki hissəni əhatə edib. Əvvəlcə uşaqlara müxtəlif komik videolar, sonra isə real həyatdan götürülmüş düşündürücü videoroliklər təqdim olunub. Bu videomaterialları izləyərkən onların hadisələrə olan münasibəti, reaksiyaları müşahidə edilib. Sonda isə uşaqlardan ən maraqlı hesab etdikləri videomaterial və bunun səbəbi soruşulub. Təcrübə nəticəsində məlum olub ki, qız uşaqları üçün komik videolar daha maraqlı, digər düşündürücü kadrlar isə nisbətən sıxıcıdır. Çünki onlar üçün əsas olan hadisənin görünən tərəfidir, müəllifin demək istədiyi ikinci plandadır. Oğlan uşaqları isə əksinə düşündürücü videoları daha maraqlı hesab etdiklərini və qızların gülərək izlədikləri kadrları heç də məntiqli hesab etmədiklərini bildiriblər.
Bunun nəticəsində də alimlər belə qənaətə gəliblər ki, zərif cinsin nümayəndələri daim ətraflarında şən,onları güldürə bilən insanlar görmək istəyirlər. Elə onların tərəf müqabili seçərkən zarafatcıl kişilərə üstünlük verməsinin səbəbi də bilavasitə bununla bağlıdır. Kişilər isə əksinə onları düşünməyə vadar edən, sirrli insanları daha çox bəyənirlər və özlərinə həyat yoldaşı seçərkən də bu özəlliyi əsas tuturlar.


Tarix: 06.01.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Gəl, tanış olaq