beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onun axtardığın insan olduğuna əmin ol

Bir insanla yeni münasibətə başladığımız zaman onunla bir-birimizə nə dərəcədə uyğun olduğumuz, bu münasibətin nə qədər davam edəcəyi sualı bizi uzun müddət düşündürür. Əslində isə bu mövzuda o qədər narahat olmağa, düşünməyə dəyməz. Qarşı tərəfin hər bir incə hərəkəti, davranışı sizə qarşı olan sevgisinin göstəricisidir. Bunun üçün sadəcə diqqətli olmaq kifayətdir. Bəs nələrə daha çox diqqət etməliyik? İndi isə bu suala aydınlıq gətirməyə çalışaq.

Onun necə yatdığına fikir verin
Əgər sevdiyiniz insan yatarkən, hətta yuxulu olduğu zaman belə özündən aslı olmadan sizi qucaqlayırsa, bu onun şüuraltı düşüncələrinin belə sizinlə bağlı olduğunun sübtudur. Yəni, o siz yanında olsanız da, olmasanız da hər zaman sizi düşünür. Onun üçün aranızakı məsafənin heç bir əhəmiyyəti yoxdur.

Sizə olan sevgisini hiss etdirir?
Qarşınızdakı insanın sizinlə danışarkən baxışları çox önəmlidir. Sevən insan hətta baxışları ilə belə sevgisini qaşısındakına hiss etdirməyə çalışır. Bununla yanaşı ona sevdiyini söyləməkdən və onunla keçirdiyi zamanın əhəmiyyətindən danışmaqdan çəkinmir. Qarşınızdakına olan sevginizi hiss etdirmədiyiniz halda o bu sevgi dol baxışları başqa ünvanlarda axtara bilər.

Öpmək
Qarşınızdakı insanı sevdiyinizin sübutlarından biri də onu öpərkən hiss etdiklərinizdir. Həmçinin o da sizi öpərkən nə qədər səmimidirsə, hissləri də bir o qədər səmimidir. Bu öpüşü isə digərlərindən fərqləndirmək elə də çətin deyil.

Ortaq maraqlar
Cütlüklərin birgə gördükləri işlər, qatıldıqları dəvətlər onları biri-birinə daha yaxından tanıdır, aralarındakı münasibəti gücləndirir. Əgər sevgiliniz dostları ilə birgə getdiyi dəvətlərə sizi də dəvət edirsə, bu onun sizə olan sevgisinin xoş işarəsidir.

Cinsi həyat
Qadın və kişinin bir-birinə qarşı münasibətlərini formalaşdıran əsas məkanlardan biri də onların yataq otaqlarıdır. Sevdiyiniz insanla həftədə iki dəfədən çox cinsi münasibətdə olursunuzsa, bu onun sizə qarşı olan marağının ən başlıca sübutlarından biridir.


Tarix: 06.01.2015 / 17:56 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Gəl, tanış olaq