beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar üçün ən güclü rəqib sevdiyiniz komandadır

Bu dəfəki yazımızda da əvvəlki məqalələrimizin davamı olaraq qadınları başa düşməyin çətinliyindən şikayətlənən kişilərə zərif cinsin nümayəndələri haqqında bəzi kiçik sirlər vermək istəyirik.İndi isə görək bəzi hallarda qadınların bizdən gizlətdiyi və bunu özümüzün başa düşməyimizi gözlədikləri sirrlər hansılardır.
Əziz kişilər, bəzi vaxtlar qadınlar sizdən digər zamanlarla müqayisədə daha çox diqqət gözləyirlər. Çalışın ki, onların bu ümidlərini, gözləntilərini doğruldasınız. Unutmayın ki, bəzi həssas zamanlarda onu başa düşməyiniz, qadınınıza qarşı incə davranmağınız hətta qırdığınız bir qəlbi belə yenidən bərpa edə bilər.

Əgər qadınla bir məsələdə mübahisə edir, hərəniz öz fikrinizi yeritməyə çalışırsınızsa, əmin olun ki, sonda qadının fikrini qəbul etməli olacaqsınız. O sizə öz fikrini elə formada qəbul etdirəcək ki, sonda əslində onun istəkərini yerini yetirdiyinizdən xəbəriniz belə olmayacaq. Əmin olun ki, bunun üçün onların əvvəlcədən düşündükləri çoxsaylı planları var.

Xətrinə dəydiyiniz, incitdiyiniz qadın tez ya gec sizdən qisas alacaq, amma qadınlar kişilərdən fərqli olar hirsli başla deyil, sakit başla hərəkət etməyi sevdikləri üçün siz onun bu addımı nə vaxt atacağını uzun müddət gözləməli olacaqsız. Bu müddət ərzində yaxşı olar ki, özünüzü ağlınıza gələcək ən pis nəticəyə hazırlayasınız.

Bütün bunlarla yanaşı qadınlar münasibətinizi ayaqda saxlamaq üçün uzun müddət çalışırlar. Buna görə də onlar çox hərəkətlərinizi, davranışlarınızı görməzdən gəlirlər. Amma çox vaxt siz bunu hiss etmirsiniz belə. Sadəcə olaraq dəqiq bilin ki, sizi uzun müddətdir tanıyan qadın yalan sözlərinizi, yanlış hərəkətlərinizi həmin an duyur və zamanla bunu özünüzün düzəltməyinizi gözləyir.

Kişi qadın arasında mübahisə yaradan əsas əsbəblərdən biri də veriliş seçimidir. Qadınlar çox vaxt futbol izləməyinizə görə sizinlə dalaşsalar da, onlar heç vaxt pultu ələ keçirmək haqqında düşünmürlər.

Qadın avtomobil idarə edərkən kişinin bu barədəki iradlarını, yönləndirmələrini eşitməzdən gəlir. Onlar kişilərdənsə, özlərinin daha peşəkar, diqqətli sürücü olduğuna inanırlar.

Kişilər bəlkə də heç vaxt başa düşməyəcəklər ki, qadınla mübahisə etməmək, dalaşmamaq üçün ən yaxşı yol gülərüzlülükdür. Hətta ən ciddi mübahisələrinizi belə bu yolla həll edə bilərsiniz.

Qadınlar sevdiyiniz komandanı özlərinə ciddi rəqib hesab edirlər. Bir qadın sizin gözünüdəki dəyərini azarkeşlik etdiyiniz futbol klubunun matçına baxarkən onun suallarına veriyiniz cavablarla ölçür. Əgər bu zaman qadının suallarına kobud cavab verir, bütün diqqətinizi oyuna yönləndirirsinizsə, onun fikrincə siz komandanızı ondan daha çox sevirsiniz.


Tarix: 06.01.2015 / 17:45 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Gəl, tanış olaq