beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızısifət kişilər daha cazibədardır

İngiltərə universitetləri tərəfindən aparılan tədqiqata görə qadınlar qırmızıyanaq və utancaq kişiləri daha cazibədar hesab edirlər.
“Evolutionary Psychology” jurnalında yayımlanan tədqiqata görə 45 qadına müxtəlif görünüşlü kişi şəkilləri paylanılıb və onlardan bu şəkillərə dəyişiklik edib cazibədar hesab etdikləri formaya salmaları xahiş olunub. Müşahidələrə görə, bu zaman qadınlar ilk olaraq həmin kişinin dəri rəngini dəyişdirməyə başlayıblar və əsas rəng kimi qırmızı rəng üzərində qərarlaşıblar. Bunun səbəbini St. Andrews Universitetinin mütəxəssisi prof. David Perett belə izah edib: “Qırmızıyanaq kişilər qadınlar üçün cazibədarlığın və aqressivliyin simvoludur. Elə buna görə də qadınlar əksər hallarda bədən quruluşu ideala yaxın olmasına baxmayaraq, üzündə heç bir ifadə olmayan, donuq sifət kişiləri sevmirlər ”.


Tarix: 06.01.2015 / 17:34 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Gəl, tanış olaq