beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövqeyi

Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın (3 km) olub, keçmişdə onun panoramını zənginləşdirmişdir. Şamaxı yüzillərcə həm fiziki olaraq, həm də təhlükəsizlik anlamında bu dağ qalasına söykənmişdir. Gülüstan qalası Şamaxının başı üzərində qaldırdığı qalxana bənzəmişdir.

Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmiş və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim almışdır. Qalanın şimal-qərb qurtaracağında içqalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın şəhərə baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir.


Tarix: 08.01.2015 / 01:19 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Gülüstan qalası (Şamaxı)