beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Velosiped oğruları (film, 1948)

"Velosiped oğruları" (it. Ladri di biciclette) — rejissor Vittorio de Sikanın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1950-ci ilin "Oskar" mükafatı:
3.1.2 1950-ci ilin "BAFTA" mükafatı:
3.1.3 1950-ci ilin "Qızıl Qlobus" mükafatı:
3.1.4 1950-ci ilin Buxarest Film Festivalı:
3.2 Nominasiyalar
3.2.1 1949-cu ilin "Oskar" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda
5 Xarici keçid
5.1 Video
5.1.1 İzlə


Məzmun

Filmdəki hadisələr 1940-cı illərdə baş verir və İtaliyanın müharibədən sonrakı dövrünü əks etdirir. Ailə başçısı, iki uşaq atası Antonio Riçi işsizdir. Uzun axtarışlardan sonra o, nəhayət, afişaları yapışdırmaq işinə qəbul olunur. İşə başlamaq üçün ona təcili velosiped lazımdır. Əmək birjasının məmuru ona "Velosiped yoxdursa, iş də yoxdur" – deyir. Antonionun əvvəl velosipedi var idi. Lakin onu yemək üçün az miqdarda pul əldə etmək üçün lombarda vermişdi. Velosipedi lombarddan almaq üçün arvadı Antonioya sonuncu qiymətli şeyi verir. Bu, onun cehizi olan altı döşəkağı idi.

Birinci iş günündə Antonio üstündə Rita Heyvortun şəkli olan afişanı yapışdırır. Bu vaxt velosipedi oğurlayırlar. Antonio balaca oğlu Bruno ilə ümidsiz halda axtarışa çıxır. Tamaşaçılar ata-oğulun gözü ilə varlı və kasıb Romanı gəzirlər. Bu axtarışlar filmin süjet xəttini təşkil edir. Bəzən Antonioya elə gəlir ki, velosipedi tapmağa lap az qalıb, amma o, hər dəfə fikrində yanılır.

Axırda o, bu vaxt ərzində özünün işsiz, ailəsinin ac olduğunu düşünüb özü bir velosipedi oğurlamağa cəhd edir. Ancaq onu tuturlar. Bunların hamısı balaca Brunonun gözünün qarşısında baş verir. Ona görə də velosipedin sahibi Antonionu bağışlayır və düşünür ki, onu tutanların etdiyi təhqirlər kifayətdir.

Film faciəli sonluqla başa çatır. Antonio heç nəyi olmadan, oğru damğası altında, sabahkı günə inamsız vəziyyətdə oğlu ilə yoluna davam edir.

Film haqqında
Film Fəxri "Oskar" mükafatı (1950), BAFTA mükafatı, Lokarno kinofestivalının xüsusi mükafatını qazanmışdı. 1995-ci ildə isə Vatikanda tərtib edilmiş "Bütün zamanların 45 ən böyük filmi" siyahısına bu filmin də adı daxil edilmişdi. Bu siyahı dünya kinosunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmışdı.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1950-ci ilin "Oskar" mükafatı:
Fəxri Oskar

1950-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı film

1950-ci ilin "Qızıl Qlobus" mükafatı:
Ən yaxşı xarici film

1950-ci ilin Buxarest Film Festivalı:
"Qızıl Canavar" mükafatı

Nominasiyalar

1949-cu ilin "Oskar" mükafatı:
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə – Çezare Zavattini

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Luici Bartolini
Ssenari müəllifləri : Çezare Zavattini
Rejissor : Vittorio de Sika
Operator : Karlo Montuori
Bəstəkar : Alessandro Çikonyini
Prodüser : Vittorio de Sika

Rollarda
Lamberto Macorani – Antonio Riççi
Enso Stayola – Bruno Riççi
Lianella Karell – Mariya Riççi
Yelena Altyeri
Cino Saltamerenda – Bayokko
Culio Kyari
Vittorio Antonuççi – oğru
Mikele Sakara
Fausto Querzoni
Karlo Yakino


Tarix: 23.02.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 497 Bölmə: Filimler