beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadə ədədlərin tənhalığı (film, 2010)

"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya - hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?

"Sadə ədədlərin tənhalığı" filmi yalnızlıq, sevgi və keçmişin nəticələrindən bəhs edən təsiredici fikir ifadəsidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri: Saverio Kostandzo, Paolo Cordano
Rejissor: Saverio Kostandzo
Operator: Fabio Çinketti
Bəstəkar: Mayk Patton
Prodüserlər: Filipp Kryuze, Mario Caynani, Enn-Dominik Tüsseint

Rollarda
İzabella Rossellini
Alba Rauvoke
Filippo Timi
Luka Marinelli
Maurisio Donadoni


Tarix: 23.02.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Filimler