Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoy danışsınlar! (film, 1968)

"Qoy danışsınlar!" (isp. Digan lo que digan) — rejissor Mario Kamusun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi - Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.

Film haqqında
Filmdə məşhur ispan müğənnisi Rafael Martos Sançesin repertuarında olan və tamaşaçılar tərəfindən sevilən bir neçə mahnı səslənmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Antonio Qala, Migel Rubio
Rejissor : Mario Kamus
Operator : Xuan Xulio Baena
Bəstəkar : Anton Qarsia Abril

Rollarda
Rafael Martos Sançes – Rafael
Serena Verqano – Blanka
İqnasio Kiros
Susana Kampos
Dario Vittori


Tarix: 22.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Filimler
loading...