beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixo (film, 1960)

"Psixo" (ing. Psycho) — rejissor Alfred Hiçkokun filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar
2.1 1961-ci ilin "Edqar Allan Po" mükafatı:
2.2 1961-ci ilin "Qızıl qlobus" mükafatı:
2.3 1961-ci ilin "Oskar" mükafatına namizəd:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Gənc qadın Merion Kreyn müdirin ona etibar etdiyi 40 min dollar pulu oğurlayır. O, bunun cinayət olduğunu düşünməyərək öz-özünə pulları oğurlayır. Merion sadəcə olaraq şəhərdən getmək və öz sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı avtomobili idarə edərkən daxili gərginlikdən yorulan qız maşını şosse yoluna döndərmək və gecəni oradakı boş moteldə keçirmək qərarına gəlir. Burada polis onu tapa bilməzdi. Burada isə onu qorxulu cəza gözləyirdi. Moteli Norman Beyts adli gənc oğlan idarə edir. O, şəxsi iztirab çəkir: moteldə onunla birlikdə sevimli lakin çoxdan ölmüş anası yaşayır. Normanda Meriona meyil yaranır. Amma onun "anası" oğlunun hislərinin qəti əleyhinə çıxır. "O" Normandan tələb edir ki, Meriondan uzaqlaşsın. Bu tələbinə rədd cavabı alandan sonra isə qızı öldürmək qərarına gəlir və öz fikrini Merion duş qəbul edərkən həyata keçirir. Bu vaxt Merionu axtaran şəxsi xəfiyyə Milton Arboqast ortaya çıxır. O, Normanın qorxulu sirrini açmağa çalışır. Lakin tapdığı faktları qızın sevgilisinə və bacısına çatdıra bilmir. Çünki Norman Arboqastı da öldürür.

Ancaq hər halda nəhayət ki, qızın bacısı və sevgilisi Normanı birlikdə dolaşığa sala bilirlər. Yalnız onda məlum olur ki, Normanın anası çoxdan ölüb və motelin sahibi onun qurumuş meyitini ehtiyatla otaqların birində kresloda oturmuş vəziyyətdə saxlayıb.

Mükafatlar

1961-ci ilin "Edqar Allan Po" mükafatı:
Ən yaxşı bədii film – Cozef Stefano, Robert Blox

1961-ci ilin "Qızıl qlobus" mükafatı:
İkinci planda ən yaxşı aktrisa – Canet Li

1961-ci ilin "Oskar" mükafatına namizəd:
Ən yaxşı rejissor işi – Alfred Hiçkok
Ən yaxşı operator işi – Con L. Rassell
İkinci planda ən yaxşı aktrisa – Canet Li
Ağ-qara filmdə ən yaxşı quruluşçu rəssam işi – Cozef Hörli, Robert Kletvorti, Corc Maylo

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Robert Blox (roman)
Ssenari müəllifi : Cozef Stefano
Rejissor : Alfred Hiçkok
Operator : Con L. Rassell
Bəstəkar : Bernard Herrmann
Prodüser : Alfred Hiçkok

Rollarda
Entoni Perkins – Norman Beyts
Canet Li – Merion Kreyn
Vera Maylz – Merionun bacısı Layla
Con Gevin – Sem Lumis
Martin Balsam – detektiv Milton Arboqast
Con Makintayr – şerif El Çambers
Saymon Oklend – Fred Riçmond
Von Teylor – Corc Louveri
Frenk Albertson – Tom Kessidi
Laren Tattl – şerifin arvadı Eliza
Patrisiya Hiçkok – Kerolin
Con Anderson – Çarli
Mort Mayllz – polis zabiti


Tarix: 23.02.2013 / 16:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Filimler