beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyunçular kralı (film, 1996)

Oyunçular kralı (hindcə: Khiladiyon Ka Khiladi) - Hind rejissoru Umeş Mehra tərəfindən çəkilən Döyüş filmidir. Filmə Kanada kompaniyaları sponsorluq etmişdir. Filmdə baş rollları Rekha, Akşay Kumar, Ravina Tandon və başqaları iştirak edirlər. Filmə çoxlu döyüş növü üzrə məşğul olan idmançılar dəvət edilmişdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalının gecə efirində göstərilmişdir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 Mükafatlar
5 Musiqi
6 Ölkələrdə çıxış tarixi
7 Ölkələrdə adı
8 İstinadlar
9 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

"Oyunçular kralı" adlanan ABŞ-da təşkil olunmuş oyununda qalib olan böyük uöura sahib olur. Oyunda iştirak edən idmançıların sahibləri arasında böyük mübahisə gedir. Bu sahiblərdən ən böyükləri Xanım Maya və Kral Dondur. Filmin əvvəlində oyunda Xanım Mayaya işləyən "Qəbir qazan" ləqəbli idmançı Kral Dona işləyən Rusiyalı "Dağıdıc"nı öldürür. Yaxınlıqdakı tamaşaçılar və gənc Acay bu ölümün şahidi olurlar.

Gənc zabit Akşay anasından qardaşı Acayın evlənəcəyi xəbərini eşidir. Bu səbəbdən ABŞ-a yola düşür. Lakin bura çatan zaman qardaşının yoxa çıxdığını eşidir. Bu müddət ərzində Akşay Xanım Mayanı Kral Donun təhlükəsindən xilas edir və onun köməyindən imtina edir. Getdikcə Akşay qardaşının dostlarından yoxa çıxmasında Xanım Mayanın əli olduğunu öyrənincə, onun bandasına girərək onunla ikitərəfli oyun oynamaq niyyətindədir. Akşay böyük sınaqdan keçir və qalib olur. Uzun macəralardan sonra Akşay qardaşının dəqiq yerini öyrənmək üçün Xanım Mayaya evlənmək təklif edir və Xanım Maya da onunla razılaşır.

Lakin Akşayın başqa bir sevdiyi vardır. Sevgilisinin adı Xanım Mayanın bacısı Priyadır. Akşay onu Xanım Mayanı görməmişdən tanıyırdı. Qardaşını Xanım Mayadan almaq üçün ona bir plan hazırlayır. Nəhayət, Akşay qardaşını tapır. Lakin bu zaman Xanım Maya Akşayın onunla oyun oynadığını başa düşür. Bu müddətdə isə Xanım Mayanın köməyinə Kral Don yetişir. Akşay uzun mübarizədən sonra Xanım Mayaya işləyən "Qəbir qazan"nı öldürür. Ardınca Xanım Maya ilə Kral Donun uzun müddətli qaçışı baş verir. Akşay uzun müddətli qaçışdan sonra qardaşını gəmidən xilas edir və gəmini idarə edən Kral Don gəmi ilə birlikdə partlayır. Bu müddətdə Xanım Maya müqavimət göstərməyə çalışır. Xanım Maya doğma bacısı Priyanın ondan imtina etməsini görüncə özünə atəş açır. Xanım Maya ölüm qabağı Priya və Akşaya söyləyir ki, əgər onların qız övladları olarsa, onda adını Maya qoysunlar. Bu sözləri söyləyəndən sonra Xanım Maya ölür. Sonda Priya və Akşay evlənirlər.

RollardaRekha: Xanım Maya
Akşay Kumar: Akşay Malhotra
Ravina Tandon: Priya
Gulşan Qrover: Kral Don
Brayn Harris: Qəbir qazan
Brayn Adams: Dağıdıcı
Montaj: Milli Mur


Maraqlı faktlar
Film Hindistanda 1996-cı ildə ilin ən gəlir gətirən filmləri siyahısında altıncı yeri tutur.[1]
Rekha film karyerasında ilk dəfə olaraq pis rolu ifa etmişdir.[2]
Filmdə Dünya üzrə güləş çempionları Brayn Harris və Brayn Adams iştirak edirlər.
Filmin binalarına baxanda görünür ki, bura Kanadadır. Lakin filmdə yalnız ABŞ adı çəkilir.
Filmin ilk mahnısından görünür ki, mahnı Rusiyada yerləşən "Mosfilm"də çəkilmişdir.

MükafatlarİlMükafatAdNəticə
1996Ən yaxşı film aktrisası mükafatıRekhaQələbə
1996Ən yaxşı qəddar rol üçün Ulduz mükafatıRekhaQələbə
1996Ən yaxşı hərəkət filmi mükafatıAkbar BakşiQələbə


Tarix: 23.02.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Filimler