beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə geri çəkil, nə də təslim ol (film, 1986)

Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) - Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 olub. Filmdə Ceyson Stilvell rolunu taekvando üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir.[3] Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir.[4] Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır.[5][6]Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 İstinadlar
5 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Filmin əvvəlində Los Anceles şəhəri göstərilir. Ceyson cavan şagirddir və atasının idarə etdiyi karate məktəbində məşq edir. Bir gecə məşq bitdikdən sonra Timoti Baker Nyu-Yorkdan gələn bandit qrupu tərəfindən təzyiqə uğradılır. Timoti onlarla döyüşməyə qərara alır. Lakin Rusiyalı İvan onun ayağını sındırır. Bu səbəbdən Ceyson ailəsi ilə birlikdə Vaşinqton ştatının Sietl şəhərinə daşınır. Ceysona buradaki kunq-funu bəyənməyən ağıldankəmlər tərəfindən təzyiq edilir. Buna görə də atasından gizli döyüş sənətləri ilə maraqlanmağa başlayır. Amma sevdiyi qızı Kelli Reylinin ad günündə həmin ağıldankəmlər tərəfindən yenidən təzyiqə uğrayır. Ceyson qəzəbindən evi tərk edir. Məşq otağında birdən-birə Brüs Linin ruhu peyda olur və ona gizli döyüş sənətlərinin sirlərini öyrətməyə başlayır. Döyüş sənətini öyrəndikdən sonra Brüs Linin ruhu gözdən itir. Artıq məşqin davamını Ceyson yerinə yetirməlidir. Nyu-York bandit qrupu yenidən başqa bir müəllimə ultimatum verir. Bu səbəbdən döyüş keçirilir. Döyüş zamanı idmançılara Rusiyalı İvan qalib gəlir. Amma sonuncu döyüşdə İvan Kellinin qardaşı karate müəllimi Lan Reylliyə qarşı qadağan olunmuş fəndlərdən istifadə edir. Kelli onun kəlləsinə stul vurmaq istəyir. Lakin İvan onun saçlarından tutur və onu itələyir. Bundan qəzəblənnə Ceyson sonda özü İvan ilə vuruşmağa başlayır. Döyüşün yarısında Ceyson İvan tərəfindən çoxlu qadağan olunmuş zərbələrə məruz qalır. Bu zaman dostu Medison filmin əvvəlində ağıldankəmlərlə vuruşan zaman Ceyson ilə birlikdə işlətdiyi ifadəni qışqıraraq deyir: Nə geri çəkil, nə də təslim ol! Ceyson bu ifadəni eşidən kimi İvana zərbələr endirməyə başlayır. Bu zaman onun yadına Müəlimi Brüs Linin ruhu ilə etdiyi məşqlər yadına düşür. Döyüşün sonunda Ceyson İvana qalib gəlir və başda atası olmaqla tamaşaçılar tərəfindən alqışlanılır.

Rollarda
Kurt MakKinni ... Ceyson Stilvell
Jan-Klod Van Damm ... Rusiyalı İvan Krasçinski
J.V. Fels ... R.J. Medison
Keti Sileno ... Kelli Reyli
Kim Tai Çunq ... Brüs Linin ruhu
Kent Lipham ... Skott "Kök oğlan"
Ron Pohnel ... Lan Reylli
Deyl Yakob ... Din Remzi
Pet Kunninqham ... Frenk Piters
Timoti D. Beker ... Tom Stillvell
Qloriya Marziano ... Xanım Stillvell

Maraqlı faktlar
Ceyson məşq edən zaman və filmin sonunda ABŞ ifaçısı Frenk Çalfantın "Hold on to the Vision" mahnısı səslənir.[7]
Filmin əsas şüarı: «When life is on the line there can be …». [8]
Filmin üç versiyası mövcuddur: 85 dəqiqə davam edən əsas ABŞ versiyası, 79 dəqiqə davam edən Böyük Britaniya VHS (kaset) versiyası və Böyük Britaniyanın tam DVD formatında 94 dəqiqə davam edən film.[9]
Bu film Jan-Klod Van Dammın ilk seçilən filmidir. Onun honorarı film üçün $250 dollar olmuşdur


Tarix: 22.02.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Filimler