beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaz işığı (film, 1944)

"Qaz işığı" (ing. Gaslight) — rejissor Corc Kyukorun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçid
4.1 Video
4.1.1 İzlə


Məzmun

Neçə il bundan əvvəl boğularaq öldürülmüş məşhur opera müğənnisinin evinə həmin qadının yeganə varisi öz əri ilə yaşamağa gəlir. Gözəl və hər bir şeyə qarşı həssas olan varis Pola Olkvist öz fortepiano müəlliminə ərə getmişdir. Həmin evə gələn Pola uşaqlıq illərini xatırlayır. O zaman xalası öldürülərkən nə qətlin, nə də itmiş daş-qaşın kim tərəfindən oğurlanmasının üstü açılmamışdı.

Evin qaranlıq və cansıxıcı mühiti getdikcə Polanı sıxmağa, ona əzab verməyə başlayır. O, demək olar ki, evdən bayıra çıxmır. Nədənsə ona elə gəlir ki, hər axşam evin qaz işığı azalmağa başlayır və bundan sonra onun başı üzərindəki boş çardaqdan naməlum addım səsləri gəlməyə başlayır. Pola dəli olduğunu, ağlının çaşdığını hiss edir.

Öldürülmüş müğənninin pərəstişkarı olan inspektor Brayen Polanı görəndə onun həmin müğənniyə olan zahiri oxşarlığına təəccüblənir. Brayen həmin evi güdməyə başlayır. Polanın heç də dəli olmadığını başa düşür. Onu bu mənasız xülyadan ayırır. Tədricən Brayen qətlin açılmasına nail olur.

Film haqqında
Film ingilis dramaturqu Petrik Hemilton tərəfindən 1938-ci ildə yazılmış "Mələklər küçəsi" pyesi əsasında çəkilmişdir.
Film aktrisa Ancela Lensberinin kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Petrik Hemilton
Rejissor : Corc Kyukor
Operator : Cozef Ruttenberq
Bəstəkar : Bronislav Kaper

Rollarda
Şarl Buaye – Qreqori Anton
İnqrid Berqman – Pola Olkvist
Cozef Kotten – Brayan Kameron
Mey Uitti – Tueyts
Ancela Lensberi – Nensi Oliver
Barbara Everest – Elizabet Tompkins
Emil Remyu – maestro Quardi
Terri Mur – 14 yaşlı Paula


Tarix: 22.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Filimler