Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiborq (film, 1989)

Kikboksçu (ing. Cyborg) - Jan-Klod Van Dammın məşhur filmlərindən biridir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

XXI əsr. Qiyamət sonrası post-apokaliptik bir dünyada insanlar aclığın yanında epidemiya bir xəstəliyin də pəncəsində həyat mübarizəsi aparmaqdadır. Qurtuluşun çarəsi Pörl Profet adlı bir robotun beyin hüceyrələrində gizlənibdir. Həmin robot Nyu-Yorka getməli və lazımı məlumatları yükləyərək geri qayıtmalı idi. Amma yolda geri dönən zaman Fender adlı kiborqun hücumuna məruz qalır. Bu zaman Pörl zalım Fenderin idarə etdiyi bir qrup caninin əlində məhbusa çevrilir. Ailəsi Fenderin əllərindən tərəfindən can verdiyi üçün ürəyi intiqam atəşiylə dolu olan qorxmaz bir macəraçı Gibson Rikenbaker Pörl Profeti xilas etmək üçün müxtəlif macəralara qatlaşmaq məcburiyyətində qalır. Gibson onların izləri ilə gedən zaman Neydi Simmons adında qız kiborqonu görür. Neydi ondan Atlantaya getməsinə kömək istəyir. Gibson onunla birlikdə macəralarına davam edir. Gibson müxtəlif macəralardan sonra Fenderin əsgərlərinin tələsinə düşür. Neydi onlardan qaçmağı bacarır. Fender ilə Gibsonun mübarizəsi başlayır. Lakin Fender kiborq olduğuna görə çox güclüdür və yorulmuş Gibsona qalib gəlir. Kiborqlar onu xaça bağlatdıb, buranı tərk edirlər. Gibson yuxusunda ailəsinin Fenderin əlində necə öldüyünü görür və özünün həmin müddətdə acizliyini düşünməyə başlayır. Bu zaman Gibson taxtaya vurmağa başlayır və uzun müddətdən sonra taxta sınır. Gibson yerə düşən zaman Neydini görür. Bu hadisədən sonra Gibson yenidən onların izinə düşür və gecə vaxtı yenidən Fender ilə mübarizə aparmağa başlayır. Fender Neydini öldürür və bu zaman Gibsonun kinini daha da artırır. Mübarizənin sonunda Gibson qalib gəlir və Pörl xilas olur. Gibson Pörl Profeti evinə aparır və buranı tərk edir. Sonda Pörl deyir: "Mən fikirləşirəm ki, o, bizim dünyamız üçün ən yaxşı dərmandır."

RollardaAdRol
Jan-Klod Van DammGibson Rikenbaker
Deyl HeddonPörl Profeti
Debora RixterNeydi Simmons
Vinsent KlinFender Tremolo
Ralf MöllerBrik Bardo
Cekson "Rok" PinkiTitus


Maraqlı faktlar
Filmin bir səhnəsində gözünə gələn plastik bıçaq nəticəsində kor olan oyunçu 1993-cü ildə "Cekson "Rok" Pinki"yə 485 000 dollar təzminat ödəmək məcburiyyətində qalan Van Damm mövzu haqqında çox kədərli olduğunu hər fürsətdə dilə gətirir.
Van Damm filmə görə $50 min qazanmışdır.


Tarix: 22.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 415 Bölmə: Filimler
loading...