beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki nəfər yolda (film, 1967)

"İki nəfər yolda" (ing. Two for the road) — rejissor Stenli Donenin filmi.Mündəricat
1 Məzmun
2 Mükafatlar və nominasiyalar
2.1 Mükafatlar
2.1.1 1967-ci ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı:
2.2 Nominasiyalar
2.2.1 1967-ci ilin "BAFTA" mükafatı:
2.2.2 1967-ci ilin "Oskar" mükafatı:
2.2.3 1967-ci ilin "Qızıl Qlobus" mükafatı:
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Film ər-arvad cütlüyündən bəhs edir. Nikah dağılma ərəfəsindədir. Onların bir yerdə yaşadıqları həyat tamaşaçıların gözü qarşısında tanışlıq məqamından etibarən göstərilir. Doğrudanmı onların hər ikisini Cənubi Fransada ovsunlayan həmin sevgi həmişəlik yoxa çıxıb? Amma bəlkə də hələ tam olaraq itib getməyib?

Mükafatlar və nominasiyalar

Mükafatlar

1967-ci ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı:
Qızıl Balıqqulağı Mükafatı – Stenli Donen

Nominasiyalar

1967-ci ilin "BAFTA" mükafatı:
Ən yaxşı Britaniya ssenarisi – Frederik Rafael

1967-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı orijinal ssenariyə görə – Frederik Rafael

1967-ci ilin "Qızıl Qlobus" mükafatı:
Komediya və ya müzikldə ən yaxşı qadın roluna görə – Odri Hepbern
Ən yaxşı musiqiyə görə – Henri Mançini

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Frederik Rafael
Rejissor : Stenli Donen
Operator : Kristofer Çellis
Bəstəkar : Henri Mançini
Prodüser : Stenli Donen

Rollarda
Odri Hepbern – Coanna Uolles
Albert Finni – Mark Uolles
Eleanor Bron – Keti Mançester
Uilyam Deniels – Hovard Mançester
Klod Dofen – Moris Dalbre
Nadya Qrey – Fransuaza Dalbre
Jorj Deskrier – Devid
Qabriel Middlton – Ruti Mançester
Jaklin Bisset – Cekki


Tarix: 22.02.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Filimler