beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)

""I" əməliyyatı və Şurikin başqa macəraları" (rus. Операция "Ы" и другие приключения Шурика) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
3.2.1 "Ortaq"
3.2.2 "Qarabasma"
3.2.3 ""I" əməliyyatı"


Məzmun

Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar.

Film haqqında
Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır.
Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır.
Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur.
Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday
Rejissor : Leonid Qayday
Operator : Konstantin Brovin
Rəssam : Artur Berger
Bəstəkar : Aleksandr Zasepin
Dirijor : Vladimir Vasilyev

Rollarda

"Ortaq"
Aleksandr Demyanenko – Şurik
Aleksey Smirnov – Fedya
Mixail Puqovkin
Vladimir Basov – polis
Emmanuil Geller – çətirli sərnişin
Rina Zelyonaya – avtobus sərnişini
Viktor Uralski – tikintidə aşpaz
Georgi Axundov – keçəl sərnişin
Valentina Berezutskaya

"Qarabasma"
Aleksandr Demyanenko – Şurik
Nataliya Seleznyova – Lida
Vladimir Rautbart – professor
Viktor Pavlov
Valeri Nosik – oyunçu tələbə
Georgi Georgiu
Zoya Fyodorova – qonşu
Sergey Jirnov – Şurikin dostu
Viktor Zozulin – radiooperator

""I" əməliyyatı"
Aleksandr Demyanenko – Şurik
Yuri Nikulin – Axmaq
Georgi Vitsin – Qorxaq
Yevgeni Morqunov – Çoxbilmiş
Vladimir Vladislavski
Mariya Kravçunovskaya – nənə
Vladimir Komarovski – sürücü
Tanya Qradova – Lena
Aleksey Smirnov – alıcı


Tarix: 22.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1052 Bölmə: Filimler