beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəşli vadinin serenadası (film, 1941)

"Günəşli vadinin serenadası" (ing. Sun Valley Serenade) — baş rollarda Sonya Heni, Con Peyn, Lin Bari və Milton Berlenin oynadığı 1941-ci ildə çəkilmiş musiqili film. Bu filmdə həmçinin Qlenn Miller və orkestri də rol almışdır.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

Dağ-xizək kurortunun sahibi cənab Morri mövsümi işə Fila Korinin məşhur orkestrini dəvət etməyi qərara alır. Musiqiçilər razılaşırlar. Dağ-xizək kurortunda "Günəşli vadi" əyləncəyə ruh verir, hər kəsə sevinc bəxş edir; lakin vadinin sərhədində müharibə sədaları eşidilir. Orkestrin musiqiçiləri müharibə nəticəsində qaçqın olanlardan birinin qəyyumu olmağı arzu edirlər. Elə güman edirlər ki, bu, onlara elə də böyük yük olmayan kiçik yaşlı bir uşaq olacaq. Amma onların bəxtinə olduqca gözəl, gənc bir qız – Karen Benson düşür. İş elə gətirir ki, Karen həmin dəstədəki məşhur bir müğənniyə aşiq olmuş musiqiçiyə vurulur. "Günəşli vadi" kurortunda Karen vurulduğu oğlanı cəlb etmək üçün xizəkdə məmnuniyyətlə öz məharətini göstərir. Film onların qarşılıqlı məhəbbəti ilə başa çatır.

Film haqqında
"Günəşli vadinin serenadası" Qlenn Millerin orkestrinin iştirak etdiyi iki filmdən birincisidir.
Norveçli Sonya Heni fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu olmuşdur. O, filmdə buz üstündə 3 nömrə göstərməyi arzulayırdı. Lakin 2 səhnə çəkildi. Filmin prodüseri Derril F. Zanuk Sonya Heniyə 3 nömrənin pulunu ödəməli olduğunu söyləyəndə qız əlacsız qalıb bundan imtina etdi.
"Günəşli vadinin serenadası" Qlenn Millerin aktyor kimi kinoda ilk roludur. İkinci və sonuncu rolunu isə 1 il sonra "Orkestr üzvlərinin arvadları" filmində ifa edir. Qlenn Miller 2 il sonra aviaqəza zamanı həlak olur.
"Günəşli vadinin serenadası" filmi əvvəlcə Aydaho ştatındakı yeni dağ-xizək kurortu olan "Günəşli vadi" üçün reklam roliki kimi nəzərdə tutulmuşdu. Lakin Millerin istedadı və Hemberstounun təşəbbüskarlığı sayəsində bu ekran nümunəsi tammetrajlı bədii filmə çevrildi.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Robert Ellis, Helen Loqan
Rejissor : Brüs Hamberstoun
Operator : Edvard Kroncager
Bəstəkarlar : Mak Qordon, Harri Uorren
Prodüser : Milton Sperlinq

Rollarda
Sonya Heni – Karen Benson
Con Peyn – Ted Skott
Qlenn Miller – Fil Kori
Milton Berl – Nifti Allen
Linn Bari – Vivyen Doun
Coan Devis
Doroti Dendric


Tarix: 22.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Filimler