beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dönüklər (film, 2006)

Dönüklər (ing. The Departed) - 2006-cı ildə rejissor Martin Skorsezenin çəkdiyi bədii film. Əsər dörd "Oskar mükafatına" layiq görülüb : ən yaxşı filmə görə, ən yaxşı rejissorluğa görə, ən yaxşı ssenariya görə, ən yaxşı montaja görə.

Film ABŞ və Honq Konq istehsalıdır.

Məlumat

Çəkilişlər hadisələrin cərəyan etdiyi Bostonda aparılmalı idi. Amma maliyə məsələləri ilə əlaqədar filmin əsas hissəsi Nyu-Yorkda lentə alınıb. Roluna daha yaxşı hazırlaşmaq üçün Mett Deymon bir müddər Massaçusetsin polis bölmələrindən birində xidmət göstərib. Cek Nikolson əvvəlcə filmə çəkilməkdən imtina edib. Ancaq Martin Skorseze və Leonardo Di Kaprio ilə görüşən aktyor fikrini dəyişib. Eyni vaxtda çəkilən "Ən xoş arzularla" filmində rol almalı olan Leonardo Di Kaprio layihədən imtina edərək bu filmdə Billi Kostiqan rolunu oynamağa üstünlük verib. Robert De Nironun filmdə oynaması nəzərdə tutulmuşdu. Medelin rolunu Keyt Uinslet, yaxud Hilari Suonk ifa edə bilərdilər. Film "Rolling Stones" qrupunun "Gimme Shelter" adlanan klassik melodiyası ilə başlayır.

Rollarda
Leonardo Di Kaprio — Billi Kostiqan
Mett Deymon — Kolin Sallivan
Cek Nikolson — Frenk Kostello
Mark Uolberq — Brays Diqnam
Martin Şin — Oliver Kuinan
Vera Farmiqa — Medolin Meydden
Alek Bolduin — Corc Ellerbi


Tarix: 22.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Filimler