Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Don 2 (film, 2011)

Don 2 (Don 2: The King is Back; Don 2: Kral Geri Dönür) 2011-ci ildə döyüş və detektiv janrlarında istehsal olunan Bollivud filmidir. Fərhan Axtar həm rejissor, həmdə Amit Mehta və Amriş Şahla birlikdə filmin ssenari müəllifləri sırasındadır. Bu film Don: Təqib Yenidən Başlayır filminin davamıdır. Filmdə əsas rollarda Şahrux Xan, Priyanka Çopra, Lara Dutta, Om Puri, Boman İrani, Kunal Kapur digər rolda Hritrik Roşan Kamea görünüşünü ifa edir. Əvvəlki filmin davamı olan bu filmin sujeti belədir: Malayziyadan Avropaya gələn Don hal-hazırda Asiya cəhənnəminin kralıdır və O Avropa narkotik kartelini ələ keçirməkdədir. Filmin çəkilişi Hindistan, Tailand, Almaniya, Malayziya və İsveçrədə baş tutub. Film bir çox Filmfare mükafatlarına layiq görülüb.

Film haqqında

Avropa narkotik kartelinin başçıları Asiyada yaranmış yeni təhlükəni müzakirə etmək üçün Fransa Rivierasında toplanırlar. Donun (Şahrux Xan) işləri təhlükəyə düşür, çünki onun narkotika malları müştərilərinə ucuz qiymətə satıla bilər. Başçıların məqsədi Donu öldürməkdir. Don son beş ildir ki, Tailandda yaşayır və o içərisi kokainlə dolu olan gəmiyi ələ keçirmək üçün uzaq bir yerə gedir. Daha sonra O Malayziyaya gəlir və Romaya (Priyanka Çopra) təslim olur. Məzuniyyətə çıxmaq istəyən İnspektor Malik (Om Puri) belə yenidən işinə qayıdır. Don ölüm cəzasına məhkum olur və onun köhnə rəqibi olan Vardanın (Boman İrani) olduğu Malayziya həbsxanasına göndərilir. Don Vardana dostluq təklif edir. Vardan razılaşmanı qəbul edir və onlar məhbusları zəhərləyib habsxanadan qaçırlar. Onlar Sürixə gəlirlər. Don öz etibarlı yoldaşı Ayeşa (Lara Dutta) ilə görüşür.


Tarix: 22.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Filimler
loading...