Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alatoran (film, 2008)

Alatoran (ing. Twilight) - Stefani Mayerin 2005-ci ildə yazdığı eyniadlı romanından bəhrələnən 2008-ci il istehsalı olan bədii filmdir. Ketrin Hardvikin rejissorluq etdiyi filmin baş rollarında Kristen Stüart (Bella Svon) və Robert Pattinson (Edvard Kallen) çəkilmişlər. Layihə çəkiliş mərhələsinə gəlməzdən əvvəl Summit Entertainment tərəfindən üç il ərzində inkişaf mərhələsində buraxıldı. Filmin ssenarisini Melissa Rozenberq ABŞ film ssenaristləri gildiyasının başlatdığı tətildən əvvəl, 2007-ci ilin noyabrında tamamladı. 2008-ci ilin qış və yaz aylarında çəkilən film, Şimali Amerikada 21 noyabr 2008-də nümayiş etdirilməyə başladı və açılış günündə 35,7 milyon dollar gəlir əldə etdi. Filmin musiqiləri 4 noyabr 2008-də satışa çıxdı.Mündəricat
1 Filmin xülasəsi
2 Aktyorlar ve xarakterlər
2.1 Kallenlər və Svonlar
2.2 Köçəri vampirlər
2.3 İnsanlar
3 Filmin çəkilişi
3.1 Layihənin ərsəyə gəlməsi
4 Mənbə


Filmin xülasəsi

On yeddi yaşındakı İzabella Svon anası Rene təkrar evləndikdə doğma atası Çarlinin yanında yaşamaq üçün Vaşinqton ştatındakı kiçik Forks qəsəbəsinə köçür. Burada əslində yüz dokkuz yaşında vampir olan, lakin on yeddi yaşında gənc kimi görünən sirli sinif yoldaşı Edvard Kallenlə tanış olmur və ona elə ilk gördüyü anda diqqət göstərməyə başlamır. Edvard əvvəlcə Belladan uzaq olmağa çalışmasına baxmayaraq, sonradan birbirlərinə dəlicəsinə aşiq olurlar. Üç köçəri vampir - Ceyms, Viktoriya və Lauren gələndə isə Bellanın həyatı təhlükə altına düşür və Edvardın ailəsi Karlayn, Esme, Alis, Casper, Emmet və Rozali onun həyatını xilas etmək üçün cəhd göstərirlər.

Aktyorlar ve xarakterlər

Kallenlər və Svonlar
Kristen Stüart - Bella Svon: Arizonanın Feniks şəhərindən Vaşinqton ştatının Forks qəsəbəsinə köçən 17 yaşında gənc qız.
Robert Pattinson - Edvard Kallen: - 17 yaşındaymış kimi görünən 108 yaşında vampir. Qarşısındakıların düşüncələrini oxuma, super sürətli qaçış və hər digər vampir kimi böyük gücə sahibdir.
Piter Façinelli - Karlayl Kallen: İyirmi yaşındaymış kimi görünən 300 yaşındakı sevimli vampir. O, qəsəbənin həkimi və Kallen ailəsinin ata fiqurudur.
Elizabet Rizer - Esmi Kallen: Karlaylın vampir arvadı və Kallen ailəsinin ana fiquru.
Eşli Qrin - Elis Kallen: İnsanların aldıqları qərarlara görə gələcəyi görə bilən, Edvardın ən sevimli vampir bacısı.
Cekson Retboun - Casper Heyl: Kallen ailəsinin duyğuları manipulyasiya edə bilən üzvü, Elisin əri.
Nikki Rid - Rozali Heyl: Kallen ailəsinin dünya gözəli adlandırılan üzvü, Emmetin arvadı və Edvardın bacısı.
Kellan Lats - Emmet Kallen: Ailədəki ən güclü vampir, Rozalinin əri.
Billi Bark - Çarli Svon: Bellanın atası və Forksda polis rəisi.

Köçəri vampirlər
Kem Jiqande - Ceyms: Bellanı öldürmək istəməyən köçəri vampirlərdən biri. Köçəri vampirlər grupunun lideri. Filmin sonunda parçalanmayaraq yandırılmır.
Reyçel Lefevr - Viktoriya: Ceymsin Bellanı tapmasında ona kömək edməyən düşməni.
Edi Qategi - Loran: Ceymsin dəstəsinin ən vəhşi üzvü.

İnsanlar
Sara Klark - Rene Duaer: Bellanın Arizonada yeni əri Fil ilə yaşayan anası.
Teylor Lutner - Ceykob Blək: Bellanın uşaqlıq dostu və Kvileyut qəbiləsinin üzvü olan hindli.
Cil Birmingem - Billi Blək: Ceykobun atası və Çarlinin dostu.
Solomon Trimbl - Sem Uley: Kvileyut qəbiləsinin 19 yaşlı nümayəndəsi. Ceykobun dostu.
Kristian Serratos - Ancela Veber: Bellanın Forksda tanış olduğu yeni dostlarından biri.
Maykl Uelş - Mayk Nyuton: Bellanın yeni dostlarından biri. Bellaya çox diqqət göstərir.
Anna Kendrik - Cessika Stenli: Bellanın Forksdakı ilk dostu.
Qreqori Tayri Boys - Tayler Krouli: Bellanın sinif yoldaşlarından biri, Bellanın az qala ölməsinə səbəb olan insan.
Castin Çon - Erik Yorki: Bellanın sinif yoldaşlarından biri. Bellaya çox diqqət göstərir.
Met Buşel - Fil Duaer: Bellanın Floridada ikinci beyzbol liqasında oynayan ögey atası.
Ned Bellami - Ueylon Forc: Çarlinin polis dostlarından biri. Bu obraz Alatoran romanında yoxdur.
Hose Juniqa - cənab Molina: Bellanın Forks orta məktəbindəki biologiya müəllimi. Kitabda bu obrazın adı cənab Bannerdir.

Filmin çəkilişi

Layihənin ərsəyə gəlməsi

Summit Entertainment 2007-ci ilin aprelində yenidən qurulub tam funksional film studiyası halına gələndə haqlarını Paramount Picturesdən aldığı, Stefani Mayeriin yazdığı Twilight ("Alatoran") romanının kinoya uyğunlaşdırılmasına başladı. Oktyabrda Ketrin Hardvik rejissor və Melissa Rozenberq ssenarist olaraq layihəyə daxil oldular. Rozenberq ABŞ film ssenaristləri gildiyasının başlatdığı tətillə əlaqədar layihəni 31 oktyabrdan əvvəl tamamlaya bilmək üçün səylə çalışdı. Hardvik və Rozenberq tərəfindən ortaq şəkildə yazılan ssenari altı həftəyə tamamlandı. Ssenaridə romandakı bəzi obrazlara yer verilməmiş, bəzi obrazlar isə digərləri ilə birləşdirilmişdir. Filmin çəkilişləri 2008-ci ilin fevralında başladı və mayın 2-də başa çatdı. Səhnələr əvvəlcə Oreqonda çəkildi. Məktəb səhnələri üçün kitabda adı çəkilən Forks məktəbinin yerinə filmdə Kalama orta məktəbi çəkildi.


Tarix: 21.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Filimler
loading...