beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

12 stul (film, 1971)

"12 stul" (rus. 12 стульев) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki (1927) kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi. Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir. Tezliklə xəbər gəlir ki, bütün 12 stul hamısı birdən hərraca qoyulub. Lakin Vorobyaninov hərraca bir az qalmış bütün pulları restoranda xərcləyir. Çətinliklə qarşılaşan hərislər indi stulları və cavahiratı tapmaq üçün başqa yollar fikirləşməlidirlər. Xəzinənin sonda kimə qismət olacağı filmin sonuna qədər tamaşaçıları intizarda saxlayır.

Film haqqında
Filmdə olan şəhər çəkilişləri Rıbinsk şəhərində çəkilmişdir.
İlf və Petrovun bu romanını əslində rejissor Georgi Daneliya çəkməli idi. Lakin Daneliya sonradan filmi "12 stul" romanını çəkmək arzusu ilə yaşayan daha bir məşhur rejissora – Leonid Qaydaya verir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Vladlen Baxnov, Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operatorlar : Sergey Poluyanov, Valeri Şuvalov
Rəssam : Yevgeni Kumankov
Bəstəkar : Aleksandr Zasepin

Rollarda
Arçil Qomiaşvili – Ostap Bender
Sergey Filippov – Vorobyaninov
Mixail Puqovkin – Fyodr
Klara Rumyanova – Katerina
Yuri Nikulin – Tixon
Qriqori Şpigel – Aleksandr Yakovleviç
Nataliya Kraçkovskaya – madam Qrisasuyeva
Nataliya Varley – Yelizaveta
Viktor Pavlov – Kolya
Nina Qrebeşkova – Musik
Vladimir Etuş – Andrey Bruns
Georgi Vitsin – Meçnikov
Leonid Qayday – Varfolomey Korobeynikov
Aleksandr Xvılya


Tarix: 21.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Filimler