beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şir ürəkli (film, 1990)

Şir ürəkli (ing. Lionheart) - Jan-Klod Van Dammın məşhur filmlərindən biridir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Qardaşının qeyri-qanuni işlərə qoşulması üzündən narkotik satıcıları tərəfindən döyülərək yandırıldığı xəbərini alan Lion Qotye Şimal Afrikada Cibutidə yerləşən Fransız xarici legionunun 13-cü yarıbriqadasında vəzifəsinin bitiməsinə altı ay qalmışkən komandirindən Kaliforniya ştatının Los Anceles şəhərinə getmək üçün icazə ala bilməməsi səbəbiylə, bölmədən fərarilik edir və bir yük gəmisiylə qaçaq olaraq Los Ancelesə qədər çatır. Ancaq qardaşına və ailəsinə çatmaq üçün pula ehtiyacı vardır. Bu sırada küçələrdə, körpü altlarında, qarajlarda, kiçik bəhslərlə avaraları döyüşdürən Coşua ilə tanış olar. Los Ancelesə gedə bilmək üçün Nyu Yorkda bəhslə döyüşlərə qatılan Lion Qotye, şəhərə çatan zaman xəstəxanaya çatır.Xəstəxanada qardaşının öldüyünü, ailəsinin isə bir çox xəstəxana xərci və borc içində olduğunu öyrənir. Ayrıca Lion qardaşının bütün qeyri-qanuni günahlarını öz boynuna götürdüyü üçün qardaşının arvadı Helen Qotye də ərinin ölümünə səbəb Lionu məsul edir və onun köməklərini rədd edir. Coşua, Lionu daha çox pul qazana biləcəyi böyük döyüşlərin oynandığı yerlərə aparır. Lion qardaşının arvadına və qızına uzaqdan uydurma bir qoruma sığortası adı altında çoxlu pul göndərməyə başlayır. Digər tərəfdən, Əsgərlikdəki legion birliyindən iki adam Lionun izinə düşmüşdür.

Artıq Lionun yalnız bir məqsədi vardır. Həmin məqsəd onu iki adam legiona geri aparılmadan əvvəl çox böyük bəhsli bir döyüşdə bütün pulunu ortaya qoyub, Helen və qızına həyatları boyunca dolana biləcəkləri pulu təmin etməkdir.Ona görə də, Lion sonuncu döyüşünü keçirir.Lionun sonuncu döyüşü Atilla ilə olur. Döyüş çox ağır keçsə də, sonda Lion qalib gəlir. Əsgərlikdən gələn adamlar Lionu aparmaq istəyirlər. Lakin onlar Liona hörmət edərək onu qardaşının ailəsinə getməyə icazə verirlər. Lion artıq əsgərlik çəkməyəcəkdir və o burada qalır.

Xəbərdarlığın sonu.

RollardaAdRol
Jan-Klod Van DammLion Qotye
Harrison PeycCoşua Eldric
Debora RennardSintiya
Brayan TompsonRassel
Liza PerikanHelen Qotye
Eşli ConsonNikol Qotye
Mişel KissiMustafa
Voyo Qorikserjant Hartoq
Abdel KissiAtilla
Billi Blenksafrikalı-legioner


Maraqlı faktlar
Filmdəki bütün döyüş xoreoqrafiyası Frenk Dyuksa aiddir.
Filmin prodüseri Erik Karson daha əvvəl Jan-Klod Van Dammın çəkildiyi "Qara qartal" filminə prodüserlik etmişdi.
Filmdə Mustafa rolunda iştirak edən Mişel Kissi Jan-Klod Van Dammın uşaqlıq dostudur.
Filmdə Attila rolunda iştirak edən Abdel Kissi Mişel Kissinin doğma qardaşıdır.
Jan-Klod Van Damm ssenariyada iştirak etmiş, Hollivuda inkişaf edən macəralarına bənzər hadisələri filmə köçürmüşdür.


Tarix: 20.02.2013 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Filimler