beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şindlerin siyahısı (film, 1993)

Şindlerin siyahısı (ing. Schindler's List) —1993-cü ildə rejisor Stiven Spilberq tərəfindən çəkilən ABŞ filmi.Mündəricat
1 Süjet
2 Maraqlı faktlar
3 Rollarda
4 Xarici keçidlər


Süjet

2-ci Dünya Müharibəsi illərinin faşist Almanyasında təşəbbüskar bir alman Oskar Şindler, hərbi üçün metal qablar istehsal edən bir fabrik qurur və bu iş üçün sərmayəni və iş gücünü Yəhudilər üzərindən təmin edir. İrəliləyən zamanda Yəhudilərin gördüyü təzyiqə tab gətirə bilməyən Schindler, onları qurtarmaq üçün uzun bir siyahı hazırlayır...

Maraqlı faktlar

Spilberq, "Şindlerin siyahısı" üçün Auschwitz toplama düşərgəsində çəkiliş etmə icazəsi götürə bilməyin tərəfindən, qapının üstündən gizlicə çəkilişlər etmiş və seti bu görünüşlərə görə tikdirmiş. Ayrıca Spielberg, bu filmdən pul al/götürməmiş, səbəbi də bu pulun "qanlı pul" olacağıymış.

Stiven Spilberq 1993-cü ildə “Şindlerin siyahısı” filminə görə arzusunda olduğu mükafatı - “Oskar”ı qazanır. II Dünya müharibəsi illərində yəhudilərin taleyindən bəhs edən film Amerika Kino Akademiyasının yeddi nominasiyası üzrə uğur qazanmışdı.

1200 yəhudini ölümdən xilas etmiş "Şindler siyahısı"nın nüsxələrindən biri Amerikadakı hərracda 2,2 milyon dollara satılıb. (Frans-press)

Sənədi alan şəxsin adı açıqlanmır.

Tarixi sənədlər üzrə ekspert Qari Zimet agentliyə deyib ki, bu, siyahının bu günümüzə gəlib çıxan 4 nüsxəsindən biridir və özəl kolleksiyada olan yeganə nüsxədir:

“Bu, 2-ci Dünya Müharibəsinə aid ən vacib sənədlərdən biridir”.

Siyahı 12 səhifədən ibarətdir və onu Şindlerlə mühasibi İsxak Ştern 1945-ci ilin 18 aprelində tərtib ediblər.

Siyahıdakı 801 kişi haqqında məlumata onların peşəsi və doğum tarixləri haqda qeydlər də daxildir.

Şindlerin siyahısının 7 müxtəlif versiyası mövcud olub, onlardan indiyəcən 4-ü qalıb.

Onlardan biri Amerikadakı Xolokost Muzeyində saxlanır, ikincisi Almaniyanın Federal Arxivində, üçüncüsü isə İsrailin Yad va-Şem muzeyində.

Alman sahibkar Oskar Şindler 2-ci Dünya Müharibəsi zamanı nasistlərin yəhudilərə qarşı törətdiyi vəhşilikləri görəndən sonra humanizm mövqeyi tutmuşdu.

O, yüksək vəzifəli nasist çinovniklərini ona öz müəssisələrində ölüm düşərgələrində saxlanan yəhudiləri işə götürmək icazəsi ala bilmişdi.

Şindlerin Polşada və Çexiyada yerləşən müəssisələrində işə götürdüyü 1,2 min yəhudi beləcə ölümdən xilas olmuşdu.

Onlardan 300-ü qadın, 100-ü isə uşaq idi.

RollardaAktyorRolu
Liam NisonOskar Şindler
Ben Kingsleyİtzhak Stern
Ralf FaynsAmon Göth
Caroline GoodallEmilie Schindler
Jonathan SagallPoldek Pfefferberg
Embeth DavidtzHelen Hirsch


Tarix: 20.02.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Filimler