beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şarlottanın toru (film, 2006)

Şarlottanın Toru (ing. Charlotte's Web) — kompüter qrafikası ilə çəkilmiş bədii uşaq filmidir. İlk nümayişi 15 dekabr 2006-ci ildə olmuşdur. E. B. Uaytın eyniadlı romanının ekranlaşdırılmasıdır. Filmin şüarı belədir: "Kömək yuxarıdan gəlir". Dakota Faninq, Kevin Anderson, Byu Brices, Dominik Skot Key, Culiya Roberts, Stiv Buşemi, Con Kliz, və Opra Uinfri filmdə rol almaqdadır.Mündəricat
1 Məzmun
2 Rollarda
2.1 Adamlar
2.2 Heyvanlar (səs)


Məzmun

Kiçik donuz balası xudmani bir tövlədə digər heyvan yoldaşları ilə yaşamaqdadır. Lakin milad bayramı yaxınlaşdıqca donuz balasının narahatçılığı artmaqdadır. Çünki o kolbasa vəya qızartma olmaq istəmir. Bəs nə etməli? Hansı heyvandan kömək istəməli? Belə bir vaxtda Şarlotta adlı hörümçək donuz balasının köməyinə çatır, tövlədə möcüzə baş verir.

Rollarda

Adamlar
Dakota Faninq – Fern
Kevin Anderson – Fernin atası
Byu Brices – Doktor Dorian

Heyvanlar (səs)
Dominik Skot Key – Uilbur (donuz balası)
Culiya Roberts – Şarlotta (hörümçək)
Stiv Buşemi – Templton (siçovul)
Con Kliz – Samuel (qoyun)
Opra Uinfri – Qussi (qaz)


Tarix: 20.02.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Filimler