beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox qorxulu kino 2 (film, 2001)

Çox qorxulu kino 2 (ing. Scary Movie 2) - 2000-ci ildə istehsal olunmuş "Çox qorxulu kino" film seriyasının ikinci seriyasıdır.Mündəricat
1 Məzmun
2 Rollarda
3 İstinadlar
4 Xarici keçidlər
5 Həmçinin bax


Məzmun

Sindi Kempbell və dostları filminn birinci hissəsində baş verən hadisələrdən sonra kollecə daxil olurlar. Onlar yeni həyata başlamaq istəyirlər. Lakin Professor Oldman və əlil assisent Duayt kabuslar haqqında toplamaq məqsədilə onları qəribə qəsrə aparmaq istəyir. Bunun əvəzində isə onların hamısının qiymətlərini yuxarı qaldıracaqdır. Amma Professorun kollecdəəkilər üçün planı vardır. Professor onları şikar əvəzinə işlətmək istəyir. Kollecdəkilər Professor Oldmanla onun planını bilmədən razı olurlar. Sindi və dostları qəsrə gələn zaman burada danışan tutuquşu görürlər. Həmçinin, bir əli əlil olan Hensonu da görürlər. Axşam yeməyi zamanı Henson özünü çox qəribə aparır. Bu da dostları bərk təəccübləndirir. Sonra Sindi və dostları Professor Oldmanın planlarından xəbər tutur. Onlar qaçmağa çalışırlar. Lakin bu zaman dostlara qəsrdəki dirilən ölülər və ruhlar mane olurlar...

Rollarda
Anna Feris ... ...Sindi Kempbell
Recina Hall ... Brenda Miks
Şon Ueyans ... Ray Uilkins
Marlon Ueyans ... Şorti Meeks
Şannon Elizabet ... Baffi Gilmor
Ketrin Robertson ... Teo
Tim Karri ... Professor Oldman
Kris Eliott ... Henson
Devid Kross ... Duayt Hartman


Tarix: 20.02.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Filimler