Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Titanik (film, 1997)

Titanic (ing. Titanic) — rejissor Ceyms Kemeronun filmi.

Məzmun

Real hadisə əsasında çəkilmiş əfsanəvi film. Filmdə Titanikin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir.. Rouzun atası qısa müddət əvvəl vəfat etmiş və arxasında böyük məbləğdə borc qoymuşdur. Və bu borcun yükü ailəsinin üzərinə düşmüşdür. Buna görə də Rouzun anası həm borclarını ödəmək həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlamışdır. Rouz isə Keli sevmir yanlız anasının xahişinə görə evlənməyi qəbul etmişdir. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşmüş və Kellə evlənməyi rədd etmişdir. Cek aşağı təbəqədən olduğu üçün Rouzun anası bunu qəbul etməmişdir. Kel isə hiylə işlədərək Rouza aldığı boyunbağını Cekin cibinə atır. Sonra isə onu Cekin oğurladığını deyir. Rouz buna əvvəl inanmır ancaq sonra boyunbağının Cekin cibindən çıxdığını görür. Ceki gəminin ən alt qatına atıb əllərini qandallayırlar. Ancaq sonra Rouz hərşeyi başa düşür və bütün təhlükələrə baxmayaraq o Ceki xilas etmək üçün arxasınca gedir.

Filmdə həmçinin gəmi sahiblərinin özündən razılığı göstərilmişdir. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.

Filmdə məhəbbət xətti ilə yanaşı sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Film 11 dəfə Oskar mükafı almış və kino tarixinin ən yadda qalan filmlərindən biri olmuşdur.

Rollarda
Leonardo Di Kaprio - Cek Dovson
Keyt Uinslet - Rouz Devit Buketer
Billi Zeyn - Keledon Hokli
Keti Beyts - Molli Braun
Frensis Fişer - Ruf Devit Buketer
Qloria Stüart - qoca Roz


Tarix: 19.02.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Filimler
loading...