beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rokki 4 (film, 1985)

Rokki 4 (ing. Rocky IV) - 1985-ci ildə istehsal olunmuş ABŞ filmidir.Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 İstinadlar
5 Xarici keçidlər
6 Həmçinin bax


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

1985-ci ildə Rokki Apollo ilə yoldaşlıq görüşündən sonra Filadelfiyaya, öz evinə qayıdır. Rokki (Silvester Stallone) qürurla ağır çəki boks çempionluğunu qoruyur. Lakin qarşısına ona meydan oxuyacaq yeni biri çıxr.Onun adı İvan Draqodur. (Dolf Lundqren). 2 metr boyunda, 118 kiloqram ağırlığındakı olan boksçu olan İvan Draqo Sovetlər Birliyini arxasına dəstəkçi olaraq almışdır.

Rokkinin dostu Apollo Krid Draqoya meydan oxuyur.Apolloya elə gəlir ki, Draqonu asanlıqla məğlub edəcəkdir.Onlar rinqdə üz-üzə gəlirlər.Lakin fövqəlbəşər Draqo Apollonu rinq əsnasında öldürür.Jurnalistlər İvan Draqodan müsahibə alanda deyir: "Ölsə, belə öləcək!"

Apollonun ölümündən sonra Rokki yoldaşının qisasını almağa və Sovet rəqibini məğlub etməyə qərar verir. Rokkininn əməkdaşıarı Moskvada olacaq və bütün dünya televiziyalarından yayımlanacaq bir matç üçün Sovetlər Birliyidir. Rokki bu çətin matça Sibrdə hazırlayacaq Apollonun müəllimi Duke-dir.

Rokki Sibrdə məşq etməyə başlayır. Rokki məşq edən zaman İvan Draqo da ondan geri qalmır.Rokki öz gücünə məşq edir.Lakin İvan Draqo məşq zamanı gücləndirici iynələrdən istifadə edir. Filmin sonunda Rokki və İvan Draqo üz-üzə gəlirlər.15 raundun hər biri keçir.Matçın sonuna yaxın artıq sovet tamaşaçıları Rokkinin şücaətini görəndə, heyrətlənirlər.Bəzi tamaşaçılar onu alqışlamağa başlayırlar.Nəhayət, çox ağır keçən maçtda Rokki qalib gəlir. Jurnalistlərə müsahibəsinin sonunda ailəsini qarşıdan gələn Yeni il münasibətilə təbrik edir.

Rollarda
Silvestr Stallone - Rokki
Dolf Lundqren - İvan Draqo
Brigitta Nilsen - Lyudmila Draqo (İvan Draqonun həyat yoldaşı)
Karl Uezers - Apollo Krid

Maraqlı faktlar
Filmdə Dolf Lundqrenin həyat yoldaşı rolunda oynayan Brigitta Nilsen bu filmdə sonra Arnold Şvartseneggerdən ayrılıb, Silvestr Stallone ilə 15 Dekabr 1987-ci ildə ailə həyatı qurmuş[1] və 1987-ci ildə boşanmışdır.


Tarix: 19.02.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Filimler