beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soldan axırıncı ev (film, 1972)

Soldan axırıncı ev (ing. Last House On The Left) — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Məşhur qorxulu filmlər rejissorlarından olan Ues Kreyvenin 1972-ci ildə çəkdiyi ilk filmi olan "Soldakı Son Ev" nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır. Filmin 2009-cu ildə çəkilən remeykinin rejissoru Dennis İliadisdir və prodüserlərindən biri Ues Kreyven, digəri isə "13-cü Cümə" filminin də prodüseri olan Şon Kanninhemdir.

Məzmun

Cavan qızlar Meri və Filis rok-konsertə gedirlər. Onlar yolda gedərkən radioda iki cinayətkarın qaçdığını eşidirlər. Cinayətkarlar qaçan zaman iki polis ölmüşdür və onların başqa müttəfiqlər kömək etmişdir. Meri və Fillis marixuana almaq üçün küçədə gəzməyə başlayırlar. Bu zaman onlar cinayətkarlarla rastlaşırlar...

Maraqlı faktlar
Bu film 2002-ci ilə qədər Böyük Britaniyada qadağan olunmuşdur.
Film komissiyaya göndərilən zaman ən böyük porno filmlərə verilən reytinq olan MPAA — "X" reytinqinə sahib olmuşdur. Ues Kreyven əvvəlcə filmdən 10 dəqiqə kəsir. Amma reytinq dəyişmir. Bu zaman Ues Kreyven yenidən 10 dəqiqə kəsir. Lakin reytinq əvvəlki vəziyyətdə qalır. Reytinqin dəyişmədiyini görən Ues Kreyven dostundan ştampı alıb "R" (17 yaşdan yuxarı və valideynlərin nəzarəti altında) reytinqini qeyd etmişdir ki, çoxlu ölkələr "Soldan axırıncı ev" filmini alsın.
Filmin çəkilişi Konnektikut ştatının Uestport şəhərində aparılmışdır.
Ues Kreyven "Meri" adını sinif yoldaşı Meri Kollinvudun adından götürmüşdür.


Tarix: 19.02.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Filimler