beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Filadelfiya əhvalatı (film, 1940)

"Filadelfiya əhvalatı" (ing. The Philadelphia Story) — rejissor Corc Kyukorun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.1.1 1940-cı ilin "Oskar" mükafatı:
3.2 Nominasiyalar
3.2.1 1940-cı ilin "Oskar" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

Yüksək təbəqədən olan varlı gözəl Treysi Samanta Lord ikinci dəfə nikaha girməyə hazırlaşır. O, öz adı ətrafında heç bir hay-küy eşitmək istəmir. Lakin sarı mətbuat jurnalının naşirinin etdiyi şantajın köməyilə öz reportyorlarının toyda iştirakına nail olur. Müxbirlər sensasiya gözləyirlər. Və onlar heç kimin gözləmədiyi hadisələrin şahidinə çevrilirlər. Treysi başa düşür ki, adaxlısını sevmir və jurnalistlərin birindən xoşlanır.

Film haqqında
Filmin çəkilişləri bir aydan azacıq artıq müddətdə aparılmışdır. Çəkilişlər 1940-cı ilin 5 iyulunda başlamış və 14 avqustunda başa çatmışdır.
1956-cı ildə filmin "Yüksək təbəqə" adlı rimeyki çəkilmişdir. Həmin filmdə baş rolu Qreys Kelli ifa edirdi.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1940-cı ilin "Oskar" mükafatı:
Ən yaxşı kişi roluna görə – Ceyms Stüart
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə – Donald Oqden Stüart

Nominasiyalar

1940-cı ilin "Oskar" mükafatı:
Ən yaxşı film
Ən yaxşı rejissorluğa görə – Corc Kyukor
Ən yaxşı qadın roluna görə – Ketrin Hepbern
Ən yaxşı ikinci plan qadın roluna görə – Rut Hassi

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : Filip Berri, Donald Oqden Stüart, Uoldo Solt
Rejissor : Corc Kyukor
Operator : Cozef Ruttenberq
Bəstəkar : Frans Vaksman
Prodüser : Cozef Leo Mankeviç

Rollarda
Ketrin Hepbern – Treysi Samanta Lord
Keri Qrant – Dekster Heven
Con Hovard – Corc Kittric
Ceyms Stüart – Makkoli Konnor
Rut Hassi – Elizabet İmbri
Roland Yanq – Villi
Meri Neş – Marqaret Lord
Con Hollidey – Set Lord
Virciniya Veydler – Dina Lord
Henri Deniell – Sidni


Tarix: 19.02.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Filimler