beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hellouin: Dirilmə (film, 2002)

Hellouin: Dirilmə (ing. Halloween: Resurrection) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmi.

Məzmun

Hellouin gecəsində yerli psixiatrik xəstəxanada bir neçə qətl hadisəsi baş vermişdir. Zərər çəkmişlər sırasında iyirmi dörd il əvvəl qardaşı Maykl Mayers tərəfindən təşkil edilmiş qətllərdən sağ çıxan Lori Strouddur. Hadisələrdən məlum olmuşdur ki, Maykl Mayers polisin üzərinə hücum edən zaman ona maskasını taxmışdır. Bu zaman Lori həmin polisi Maykl Mayers zənn edərək onu öldürmüşdür. Maykl bu hadisədən uzun müddət sonra yenədə Hellouin gecəsində qətl bayramını keçirmək niyyətindədir.

Altı student müsabiqənin qalibi olmuş və iştirakçı kimi ekstremal realiti şouya qatılmışlar. Şounun qaydasına görə iştirakçılar Hellouin gecəsində məşhur seriyalı qatil Maykl Mayersin evində qalmalıdırlar. Onlar qaldığı müddətdə isə kamera evdə baş verən hadisələri müşahidə edəcəkdir. Amma onlar gecədə nəyin baş verəcəyini bilmirlər...


Tarix: 18.02.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Filimler