beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlan və göy qurşağı (film, 1988)

İlan və göy qurşağı (ing. The Serpent and the Rainbow) — 1988-ci ildə Qorxulu filmlər janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru məşhur ABŞ rejissoru Ues Kreyvendir. Film real hadisələr əsasında çəkilmişdir.

Məzmun

Harvard Universitetinin antropoloqu Dennis Alan Vudu magiyasının vətəni Haitiyə gedir ki, xüsusi tozu tapsın. Bu toz insanın beyninə təsir edir və onu letargiya yuxusuna (uzun müddətli yuxu) aparır...

Maraqlı faktlar
Film əvvəlcə Haitidə çəkilməli idi. Lakin bu müddətdə Haitidə siyasi münaqişələr baş verdiyindən aktyorların qorunması üçün tədbir görülməsi çox çətin iş idi və haitililər onlara bu haqda məlumat vermişdilər. Bu səbəbdən filmin çəkilişi Dominikan Respublikasında aparılmışdır.


Tarix: 18.02.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Filimler