beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Yapon" və yaponiyalı (film, 1990)

Məzmun
1944-cü il. Yaponiya. Kamikadze dəstəsi döyüşə hazırlaşır. Dəstəyə əmr verilir: müqəddəs sınaq vaxtımız gəlib çatıb. Gündoğan ölkənin gələcəyi naminə, imperator uğrunda gedin şəhid olun...
Bu ağır vuruşmada bir nəfərdən başqa hamı həlak olur. Sağ qalmış kamikadze(Eduard Pak) isə paraşütlə tullanarkən cəbhə bölgəsindən gəlib Azərbaycana, Nardaran qəsəbəsinə düşür. Bu balıqçılar qəsəbəsində onu "yapon" ləqəbli cavan oğlan Gülbala(Davud Davudov) tutub evlərinə gətirir.
Bu qeyri-adi hadisədən xəbər tutan dövlət təlükəsizliyi komitəsinin nümayəndəsi(Oqtay Ağayev) işə qarışır, "bu iş Stalinin nəzarəti altındadır. Yaponiyalını diri tutmalı", deyib əməliyyata başlayır. Bundan sonra filmdə bir sıra gülməli əhvalatlar baş verir.
Qrotesk üsulunda çəkilmiş bu filmin müəllifləri çox maraqlı və ciddi məsələyə toxunurlar: milləti, həyat tərzindən asılı olmayaraq, insanları bir-birinə yaxınlaşdıran mehribançılıq və zəhmətdir.

Film haqqında
Film rejissor Sergey Ratnikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Vaqif Mustafayev
Quruluşçu rejissor : Sergey Ratnikov
Quruluşçu operator : Kənan Məmmədov, Fikrət Əsgərov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Əli Babayev
Səs operatoru : Kamal Seyidov
Rejissor : Kamil Zöhrabov, Ömür Nağıyev
Rejissor assistenti : Şahirə Kərimova
Operator assistenti : Tərlan Babayev(T. Babayev kimi)
Montaj edən : Xuraman Pişiyari
Bədii Rəhbər : Eldar Quliyev
Redaktor : Eldəniz Quliyev
Filmin direktoru : Nadir Əliyev, İlqar Əliyev
Kadrarxası mətn : Eldəniz Rəsulov (titrlərdə yoxdur)

Rollarda
Eduard Pak-Yaponiyalı
Davud Davudov-"Yapon" Gülbala
Oqtay Ağayev-Məlik-Babanov
Lətifə Əliyeva-Gülbalanın anası
Nəmxuda Usubəliyev
N. Əliyev
Vahid Əliyev-Təhlükəsizlik komitəsinin işçisi
Kamil Məhərrəmov-Qəsəbə sakini
S. Şapovalov
N. Məhərrəmov
Vəliəhd Vəliyev
Ömür Nağıyev-Qəsəbə sakini
Arif Kərimov
D. Sultanov
Məbud Məhərrəmov-Yapon zabiti
Əliqulu Səmədov-Zabit
Zilli Namazov-Qəsəbə sakini
İdris Rüstəmov-Firəngi

Filmi səsləndirənlər
Pərviz Bağırov-Gülbala (Davud Davudov) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Məlik-Babanov (Oqtay Ağayev) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Gülbalanın anası (Lətifə Əliyeva) (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Filimler